Bakının mərkəzində silahlı şəxs saxlanılıb
Tarix: 11.02.2019 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması məqsədilə uğurlu əməliyyat tədbiri həyata keçiriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini, əvvəllər Cinayət Məcəlləsinin 177.2.3-cü (oğurluq, təkrar törədildikdə) 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə məhkum olunmuş paytaxt sakini Zaur Stumbin özünü şübhəli apardığı üçün polislər tərəfindən saxlanılıb.
Onun üzərində axtarış aparılan zaman atəşə yararlı “Naqan” markalı silah və həmin silaha məxsus 7,62 kalibrli 9 patron aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı 9-cu polis bölməsində Z.Stumbinin barəsində toplanan materiallar araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Azərbaycan İranda 4 terminal inşa edəcək
22.04.2019
“Cari ildə TANAP-la Türkiyəyə 1,5 milyard kubmetrdən çox qaz nəql edilib”
22.04.2019
Prezident İlham Əliyev Ukraynanın yeni seçilmiş Prezidenti Vladimir Zelenskini təbrik edib
22.04.2019
Səhiyyə Nazirliyi əhalini diqqətli olmağa çağırır
22.04.2019
Qazaxda yol tikintisinə 6,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


23.04 08:37
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info