İndira Qandinin nəvəsi siyasətdə ilk addımını atıb
Tarix: 11.02.2019 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


Hindistanın əfsanəvi lideri İndira Qandinin nəvəsi, Raciv Qandinin qızı Priyanka Qandi Vadra siyasətdə ilk addımını atıb. O, may ayında keçiriləcək parlament seçkiləri çərçivəsində ölkənin Uttar Pradeş ştatında təşkil olunan izdihamlı mitinqdə çıxış edib.
“Reuters” xəbər verir ki, Hindistanın ana müxalifət partiyası olan Konqres Partiyasının sədri Raul Qandi öz bacısı Priyankanı baş katib vəzifəsinə təyin edib. O, hazırkı Baş nazir Narendra Modinin tərəfdarlarının üstünlük təşkil etdiyi Uttar Pradeş ştatından parlamentə namizədliyini irəli sürəcək.
Hindistan mətbuatının yazdığına görə, sosial-iqtisadi vəziyyətin pisləşməsi fonunda indiki hökumətin əhali arasında reytinqi getdikcə aşağı düşür. Ekspertlər qeyd edirlər ki, 47 yaşlı Priyanka nənəsi İndira Qandinin xalqla sıx ünsiyyət saxlamaq taktikasından istifadə edərək qələbə qazana bilər. Lakin Konqres Partiyasının bir sıra tərəfdarları onun qardaşı Raul Qandinin Baş nazir olmasını istəyirlər. Onlar bildirirlər ki, Priyanka hökumətdə nazir vəzifəsini tuta bilər. Hindistanın “dəmir ledisi” adlanan mərhum İndira Qandi 1975-ci ildən başlayaraq ölkədə azadlıqları məhdudlaşdırıb. Buna baxmayaraq, müxalifət partiyasının tərəfdarları onun da portretini nəvələri Raul və Priyankanın şəkilləri ilə birlikdə Uttar Pradeş aeroportu yolu boyunca əllərində tutublar. Onlar hesab edirlər ki, Priyankanın siyasətə gəlişi 220 milyon əhalisi olan bu ştatda səslərin əksəriyyətini əldə etməyə imkan verəcək. Keçən seçkilərdə Baş nazir Narendra Modinin partiyası burada 80 yerdən 73-nü qazanıb. Priyankanın siyasətə atıldığı vaxtda onun həyat yoldaşı Robert Vadraya qarşı maliyyə cinayətləri ittihamı irəli sürülüb.




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Binəli Yıldırım istefaya gedib
19.02.2019
Boliviyada yük maşını ilə avtobus toqquşub
18.02.2019
Britaniya parlamenti: “Sosial media tənzimlənməlidir”
18.02.2019
İnternetdə 2,6 milyon nəfərin izlənməsi haqqında məlumat bazası aşkarlanıb
17.02.2019
Bahalıqla əlaqədar Tehranda 180 restoran fəaliyyətini dayandırıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info