Xüsusi məktəbin şagirdlərinə Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib
Tarix: 11.02.2019 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 11-də Bakının Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə də olub, uşaqlarla görüşüb, şagirdlərin təhsili ilə maraqlanıb.
AZƏRTAC xəbər verir ki, məktəbin direktoru Seyfəddin Mustafayev Birinci vitse-prezidentə məlumat verdi. Bildirildi ki, təhsil ocağı 2017-ci il sentyabrın 11-də əsaslı təmirdən sonra Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Qeyd olundu ki, məktəbin 23 sinif otağı var. Təhsil müəssisəsinin bütün otaqları zəruri əyani tədris vəsaitləri ilə təchiz olunub. Burada, həmçinin informatika otağı və gimnastika zalı da şagirdlərin ixtiyarına verilib. Təhsil ocağında əqli və fiziki cəhətdən geri qalmış, psixi inkişafında ləngiməsi olan 900 şagird təhsil alır. Onlardan 220-nə məktəbdə, qalanlarına isə evlərində fərdi qaydada dərs keçirilir. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili ilə 242 müəllim məşğul olur. Onlar daun sindromlu, autizm, ümumtəhsil proqramını mənimsəyə bilməyən və əqli inkişaf geriliyi diaqnozu olan uşaqlara təlim keçirlər. Məktəbdə Azərbaycan və rus bölmələri fəaliyyət göstərir. Burada uşaqlar gündə 2 dəfə qidalanırlar.
Qeyd edək ki, Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı göstərən Heydər Əliyev Fondu onların intellektual inkişafı, sağlam vətəndaşlar kimi boya-başa çatmaları üçün mühüm tədbirlər həyata keçirir. Fond xüsusi qayğıya ehtiyacı olan uşaqları da hər zaman diqqət mərkəzində saxlayır, müxtəlif aksiyalar reallaşdırmaqla onlara sevinc bəxş edir. Bu dəfə də uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi. Fondun prezidenti Mehriban Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı bu müəssisəyə dəfələrlə baş çəkib, burada yaradılan şəraitlə maraqlanıb. Birinci vitse-prezident Mehriban Əliyeva məktəbin musiqi sinfində şagirdlərin ifasını dinlədi.




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Azərbaycan nefti bahalaşıb
19.08.2019
Azərbaycanda barama istehsalında son 21 ilin ən yüksək göstəricisi qeydə alınıb
19.08.2019
Dövlət büdcəsinin xərcləri və gəlirləri açıqlanıb
19.08.2019
Dəmir yolu ilə sərnişin daşınması 26 faiz artıb
19.08.2019
“Sondakika.com”: “Rusiya, Türkiyə və Azərbaycan yeni iş birliyinə yönəlir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10865

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info