Qərəzin də bir həddi var...
Tarix: 11.02.2019 | Saat: 18:25:00 | E-mail | Çapa göndər


Tural Tağıyev |

Mətbuat daim cəmiyyətin güzgüsü olub. Cəmiyyətimizdə olan problemlər, uğurlar isə hər zaman mətbuatımızın gündəmində qalıb. O da təbii hal kimi qəbul edilir ki, mediamız daim problemlərlə bağlı öz sözünü deyib və media qurumları, jurnalistlər bir dəfə uğurlardan yazanda, iki dəfə də mövcud problemləri qabardırlar. Amma bu məsul və ağır işdə bir əsas və həssas məqam var ki, o da qabardılan məsələlərə yanaşmadır. Yəni azadlıqlar sənə əsas verməməlidir ki, jurnalist olaraq istənilən məsələyə yanaşmada obyektiv olmayasan, qərəzə söykənəsən.
Təəssüf ki, bu gün bəzi media nümayəndələri, saytlar nəinki problemləri onun həlli üçün qabardır, əksinə, mövcud olmayan problemlər haqqında şişirdilmiş yazıların, yaxud da görülən müsbət işlərə kölgə salmaq üçün qərəzli məqalələrin şahidi oluruq. Mətbuatın qarşısında duran vəzifələrdən xəbərsiz olan bu şəxslər ara-sıra mediamızın dəyişən, inkişaf edən durumuna, mətbuata göstərilən dəstəyə, qayğıya da qara eynəklə baxaraq, şər və böhtan xarakterli çıxışlar edir, sifarişli yazılar dərc edirlər. Buna ən son misal kimi “Novator.az” saytını göstərmək olar. Sosial şəbəkələrin geniş imkanlarından yararlanan bu tip saytların adları əksər hallarda qərəzli yazılarda, əsassız, jurnalist etikasından kənar, peşəkarlığa yaraşmayan “araşdırma”larda hallanır. Hətta bu kimi saytlarda çalışanların bəzilərinin vaxtilə “Soros” fondu və bu kimi müəyyən təhlükəli fəaliyyətlər üçün qrantlar ayıran, ayrı-ayrı ölkələrdə gələcəyin “beyin minalarını” basdıran təşkilatlarla sıx əməkdaşlığı olub. Yəni bütün bu amillər onu deməyə əsas verir ki, son dövrlərdə mətbuatla bağlı verilən bəzi təqdir olunası qərarlara, KİV-in daha da inkişafı üçün atılan addımlara qara yaxanlar öz amplualarında qalırlar… Onlar nəinki öz məqalələrində real məsələlərdən danışmırlar, həm də bu yazılar jurnalist təxəyyülünün məhsulu olmaqla bərabər, sifarişlərə əsaslanan qərəzli yanaşmalardan ibarət olur.
Hər kəsə bəllidir ki, jurnalist istənilən məsələni qabardanda onu peşəkarlıqla təhlil etməli, ortaya real faktlar qoymaqla bərabər, cəmiyyətə yalan informasiyalar ötürməməlidir. Amma biz nələrin şahidi oluruq? İllərlə KİV-ə böyük dəstək göstərən dövlətin gördüyü işləri bəyənməyən bu şəxslər öz peşə borclarını vicdanla yerinə yetirmirlər. Çünki əvvəllər xaricdən ayrılan maliyyələr, qrantlar hesabına qərəzli tənqidi yazılar yazmaqla ayaqda duranlar üçün, indi istənilən antitəbliğat kampaniyalarına qoşulmaq, buradan maddi maraqlar güdmək daha cəlbedici olub. Artıq qrant almaq üçün münbit şərait qalmayıb. Həmçinin oxuyanda bəlli olur ki, bu adamların yazılarında təkcə qərəzli deyil, paradoksal məqamlar da kifayət qədər olur.
Təsəvvür edin ki, Azərbaycanda sosial durumu ev almağa yetməyən jurnalistlərə pulsuz mənzillərin verilməsini qəbul etməyən bu bir-iki nəfərin içində elə həmin imkandan yararlananlar-dövlətin dəstəyi sayəsində isti yuva sahibi olanlar da var. Məsələn, “Novator.az”ın baş redaktoru olan Azər Qaraçənli jurnalistlər üçün tikilən binalardan mənzil alanlardandır. Özü də o, belə imkan yaradılarkən, ilk olaraq bundan yararlanan jurnalistlərdən oldu. Yəni 2013-cü ildə mənzil sahibi olan media nümayəndələrindən oldu. Bu gün onun saytında KİV-ə belə bir dəstəyi tənqid etməklə, müəyyən məqsədlərə xidmət edən məqalənin verilməsi paradoksdur, anormallıqdır. Bu bir daha onu göstərir ki, ortada başqa maraqlar mövcuddur. Nəinki Azər Qaraçənli, hətta onun qardaşı Fəxri Uğurlu da sonrakı mərhələdə-2017-ci ildə ev sahibi oldu. Yəni dövlətin qayğısını, dəstəyini gördülər, bu imkanlardan yararlandılar. Bu adamlar, əlbəttə, söz azadlığını bəhanə edib hər kəsi borclu çıxarmağa çalışa bilərlər. Məlum imkanlardan yararlanmalarına baxmayaraq, jurnalistlərə mənzillərin verilməsi və digər KİV-in inkişafı üçün görülən tədbirlərlə bağlı tənqidi yazılar yazmaq onların hüququdur. Amma hansı formada? Real göstəricilərə, rəqəmlərə əsaslanmaqlamı, on-on beş il əvvəl mətbuatın ağır durumu ilə indiki arasındakı müqayisəni doğru aparmaqlamı? Nə söz, mətbuat azadlığını, nə də heç bir başqa azadlıqları əldə bayraq tutub qərəzli yazı yazmaq olmaz. KİVDF-nin imicinə ləkə vurmaq, Prezidentin birbaşa diqqət göstərib, qayğısını çəkdiyi bugünkü mətbuatımızı yerli-yersiz aşağılamaq və bu xüsusda dövlətin verdiyi dəstəyi müəyyən məqsədlər üçün tənqid etmək yersiz görünür. Bir daha qeyd edirik ki, ən azındın sizə isti yuva verənlərin xoşməramlı əməllərini təqdir etmirsinizsə, barı susun! Axı siz özünüz də KİV- üçün görülən işlərin, evsiz jurnalistlərə mənzillərin hansı kriteriyalar əsasında verilməsinin və digər prosedurların real şahidi olmusunuz... Məsələlərə obyektiv yanaşmaq lazımdır və qərəz nə peşəkarlıq baxımından, nə də insanilıq baxımından işini vicdanla görən jurnalistə yaraşmaz.




 
Müəllifin son yazıları

20.06.2019 İslahatlar müxalifəti niyə narahat edir?
07.03.2019 Leyla Yunusun daxilindəki erməni sevgisi
31.01.2019 “Milli şura”nın növbəti iflası
20.05.2013 Sürücülük mədəniyyəti və artan qəzalar…

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info