Azərbaycan bir neçə ölkəyə məhsul ixracına dair razılığa gəlib
Tarix: 11.02.2019 | Saat: 18:43:00 | E-mail | Çapa göndər


Azərbaycan bir neçə ölkəyə məhsul ixracına dair razılığa gəlib. İqtisadiyyat Nazirliyindən “Palitra”ya bildirilib ki, Azərbaycanın meyvə və tərəvəz məhsulları fevralın əvvəlində Almaniyanın paytaxtı Berlində keçirilən “Fruit Logistica 2019” beynəlxalq meyvə və tərəvəz sərgisində nümayiş olunub. Sərgi çərçivəsində Azərbaycan məhsullarının ixracına dair müzakirələr aparılıb, ilkin razılaşmalar əldə edilib. Belə ki, “Gilan FMCG” şirkəti Almaniyaya pomidor ixracına dair müqavilə imzalayıb. Azərbaycanın “Mars FK” İngiltərəyə nar ixracına, “Balxurma” şirkəti qurudulmuş xurmanın Almaniyaya, “D Fruits” şirkəti isə istehsal etdiyi məhsulların Birləşmiş Ərəb Əmirliklərinə ixracına dair ilkin razılıq əldə ediblər. “Binə Agro” şirkəti isə məhsullarının Rusiyaya və Sudana ixracına, Hollandiya şirkətləri ilə Azərbaycanda birgə məhsul istehsalına dair danışıqlar aparıb. Qeyd edək ki, sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə meyvə və tərəvəz istehsalı sahəsində fəaliyyət göstərən 14 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edib. Xüsusi zövq və dizaynla hazırlanmış “Made in Azerbaijan” vahid ölkə stendi sərgiyə gələnlər tərəfindən maraqla qarşılanıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Ermənistan tərəfi iriçaplı pulemyotlarla atəşkəsi 22 dəfə pozub
20.08.2019
Meksikada silahlı hücum nəticəsində 6 nəfər ölüb
20.08.2019
“Twitter“ dövlət KİV-lərinin reklamını qadağan edəcək
20.08.2019
Tramp “Google“ şirkətini seçkiləri manipulyasiya etməkdə ittiham edib
19.08.2019
Azərbaycanda Aqrar Sığorta Fondu yaradılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10865

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info