Binəqədidə içməli su təchizatı sistemləri yenidən qurulur
Tarix: 11.02.2019 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


Binəqədi rayonunda içməli su təchizatı sistemləri yenidən qurulur. “Azərsu” ASC-dən bildirilib ki, Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı, kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrası davam etdirilir. Tədbirlər Planına uyğun olaraq, Binəqədi rayonunda yeni layihələrin icrasına başlanılıb. Rayonda icra olunan layihələr bir neçə istiqamətdə həyata keçirilir. Hazırda Binəqədi qəsəbəsi Fəxrəddin Qurbanov və Xocasən qəsəbəsi Ruslan Allahverdiyev küçələrində, həmçinin ATS yolu adlanan ərazidə yeni içməli su şəbəkələri yaradılır.
F.Qurbanov küçəsində icra olunan layihə çərçivəsində küçəboyu 110 millimetr diametrli borularla yeni 3 kilometr su xətti çəkilir. Yeni xətdən hər bir evə birləşmə verilərək sayğaclar quraşdırılacaq. Su xətti hər iki tərəfdən 450 millimetr və 630 millimetr diametrli magistral xətlərə qoşulacaq. Bu da həmin ərazidə suyun dairəvi hərəkətini təmin edəcək. Yeni yaradılan sistem hesabına abonentlər 24 saat fasiləsiz içməli su ilə təmin olunacaq. Xocasən qəsəbəsinin R.Allahverdiyev küçəsində və ATS yolu adlanan ərazidə icra olunan layihə çərçivəsində burada 280-100 millimetr diametrli borularla 5 kilometr uzunluğunda su xətləri çəkiləcək. Yeni şəbəkədən abunəçilərə birləşmə verilərək sayğaclar quraşdırılacaq. Layihənin icrası sakinlərin içməli su təchizatını xeyli yaxşılaşdıracaq. Hazırda Binəqədi rayonunda “Azərsu” ASC tərəfindən icra olunan kanalizasiya layihəsi də ekoloji baxımdan əhəmiyyət kəsb edir. Layihəyə əsasən, Binəqədi qəsəbəsinin birinci Mədən küçəsindən (DSK yolu) keçən açıq kanal örtülü kollektorla əvəzlənir. Təxminən 300 metr məsafədə 1000 millimetr diametrli metal borularla daşıyıcı kollektor tikilir. Layihə çərçivəsində ətraf ərazilərdəki yaşayış evləri və obyektlərin tullantı sularının axıdılması məqsədilə kanalizasiya quyularının da tikintisi nəzərdə tutulub. İşlərin qısa müddətdə başa çatdırılması planlaşdırılır. Bununla da ərazidəki yaşayış evləri və obyektlərin məişət və təsərrüfat mənşəli tullantı sularının açıq kanallarla axıdılmasının qarşısı alınacaq.




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
AİB Azərbaycanda bərpaolunan enerji layihələrinə maliyyə dəstəyi göstərməyə hazırdır
19.02.2019
Rusiyaya sanksiyalardan dəyən zərər açıqlanıb
18.02.2019
Azərbaycanla Böyük Britaniyanın enerji sahəsində əməkdaşlığı müzakirə olunub
18.02.2019
Ölkədəki əlverişli mühit sahibkarlara biznesin istənilən sahəsi ilə məşğul olmağa imkan verir
18.02.2019
Asiya İnkişaf Bankının ekspertləri ilə görüşlər keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info