Azərbaycanla Səudiyyə Ərəbistanının enerji sahəsində gələcək əməkdaşlığı müzakirə olunub
Tarix: 11.02.2019 | Saat: 20:12:00 | E-mail | Çapa göndər


Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının Energetika, Sənaye və Təbii Sərvətlər Nazirliyi arasında enerji sahəsində əməkdaşlığı daha da genişləndirmək məqsədilə yaradılmış birgə Texniki Komissiyanın ilk iclası keçirilib.
Energetika Nazirliyindən bildirilib ki, komissiyanın Azərbaycan tərəfdən sədri, energetika nazirinin müavini Samir Vəliyev iki ölkənin münasibətlərinin bütün istiqamətlər üzrə yüksələn xətlə inkişaf etdiyini, OPEC+ formatında intensiv əməkdaşlığın, eləcə də OPEC və qeyri-OPEC ölkələrinin Birgə Monitorinq Komitəsinin növbəti iclasının martda Bakıda keçirilməsi kimi təşəbbüsün enerji sahəsində əlaqələrin inkişafına təkan verdiyini bildirib. Qeyd edib ki, enerji sektorunda gələcək əməkdaşlıq üçün geniş imkanlar var və Texniki Komissiyanın iclasları bu potensialı reallaşdırmağa töhfə verəcək.
Komissiyanın Səudiyyə Ərəbistanı tərəfdən sədri, bu ölkənin Energetika, Sənaye və Təbii Sərvətlər Nazirliyinin beynəlxalq münasibətlər üzrə müşaviri Şakir Mahrus isə deyib ki, enerji sahəsində çox istiqamətli əməkdaşlığın inkişafına nail olmaq hər iki ölkənin ümumi maraqlarına cavab verir.
İclasda neft hasilatı, emalı və neft-kimya məhsullarının dünya bazarlarına çıxarılması, “Saudi Aramco” və SOCAR arasında əlaqələrin genişləndirilməsi, “SABIC” şirkətinin Azərbaycanla neft-kimya sahəsində layihələrin həyata keçirilməsi perspektivləri, eləcə də bərpaolunan enerji, enerji səmərəliliyi, elektroenergetika sahələri üzrə əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb. Qeyd olunub ki, Səudiyyə Ərəbistanı neft-qaz sektoru ilə yanaşı, bərpaolunan enerjidən istifadə ilə bağlı da təcrübəsini Azərbaycanla bölüşmək və ərəb şirkətlərini bu sahəyə cəlb etmək niyyətindədir.
Tədbirdə bərpaolunan enerji sahəsində qanunvericilik bazasının yaradılması, özəl sektorun bu sahəyə cəlbi istiqamətində görülən işlər, beynəlxalq şirkətlərlə əməkdaşlıq barədə məlumatlar diqqətə çatdırılıb. İclasda, həmçinin təbii resursların hasilatı sahəsində əməkdaşlıq imkanları, enerji səmərəliliyi sahəsində birgə seminarların keçirilməsi, təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə edilib. İkitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə nazirliklər arasında anlaşma memorandumunun hazırlanması və imzalanmasının vacibliyi vurğulanıb. Sonda iclasın yekunlarına dair protokol imzalanıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Azərbaycan nefti bahalaşıb
19.08.2019
Azərbaycanda barama istehsalında son 21 ilin ən yüksək göstəricisi qeydə alınıb
19.08.2019
Dövlət büdcəsinin xərcləri və gəlirləri açıqlanıb
19.08.2019
Dəmir yolu ilə sərnişin daşınması 26 faiz artıb
19.08.2019
“Sondakika.com”: “Rusiya, Türkiyə və Azərbaycan yeni iş birliyinə yönəlir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10865

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info