Azərbaycan əsilli modelyerin kolleksiyasında işğal altında olan rayonlarımızın adları yer alacaq
Tarix: 11.02.2019 | Saat: 20:59:00 | E-mail | Çapa göndər



Şervin Nəcəfpur:
“Dizaynlarımda Azərbaycan adət-ənənəsi və simvollarından yararlanmağımın əsas səbəbi ölkəmizi tanıtdırmaqdır”

Azərbaycan əsilli modelyer Şervin Nəcəfpur, Antalya Moda Həftəsində “I’m a Star” (Mən bir ulduzam) adlı kolleksiyasını 7 və 8 martda təqdim edəcək. Həmin gecədə beynəlxalq aləmdə tanınmış 3 modelyerin nümayişi baş tutacaq. Bunlar arasında azərbaycanlı rəssam-modelyer, parfümer, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, "Fakhriya Khalafova" moda evinin təsisçisi Fəxriyə xanım Xələfova da var.
Xatırladaq ki, 1991-ci ildə Norveçdə anadan olan Şervin Nəcəfpur (Shervin Najafpour), Azərbaycan əsillidir. İlhamını türk dünyasının zəngin mədəniyyət və tarixindən alan gənc modelyer Norveçdə Özəl Biznes Universitetindən Beynəlxalq Marketinq üzrə bakalavr dərəcəsi vardır.
15 yaşındaikən, gənc istedadlar üçün bir müsabiqədə iştrak edən Nəcəfpur, ilk dizaynını əl tikişi ilə hazırlayayıb və bu, norveçli modelyerlərin diqqətini cəlb edib. Bununla o, moda dünyasına ilk addımını atıb. ABŞ-da lisey təhsili aldıqdan sonra Norveçə qayıdıb və məşhur dizaynerin Haute Couture kolleksiyasında ikinci dizayner vəzifəsində çalışıb. Dizaynları və tikişləri diqqəti cəlb etməklə Norveçin iki məşhur dizaynerləri ilə daha işləyib. Universitet illərində isə öz markasını yaratmağa qərara alıb.
2013-cü ildə Şervin “gözəlliyinə qapıldığı” İstanbulda, “Dünyanın ürəyi İstanbuldan atır” (The heart of the world beats from Istanbul) adlı ilk kolleksiyasını lansmanla beynəlxalq sahədə təqdim edib. Azərbaycanın tanınmış beynəlxalq Top Modeli Günay Musayevanın fotoçəkimi 7 ölkədən (televiziya, qəzet, jurnal kimi) müxtəlif media qurğularını toplanmağı başarıb və kolleksiyası bir çox başlıqlarda yer alıb. Həmin ildə keçirilən “Norveç Dünya Gözəli” müsabiqəsində Şervin Nəcəfpurun dizaynını verdiyi paltarı geyinən İda Myhrvold üçüncü olub.
2014-cü ildə “Addım” Gənclər Təşkilatının təşkilatçılığı ilə Bakının prestijli əyləncə məkanı “Pasifico club”da “Atropatena” adlı moda nümayişi baş tutub. Modelyerin eksklüziv olaraq Bakı sərgisi üçün hazırladığı klassik və milli elementlərlə zəngin 30-a yaxın geyimi nümayiş olunmuşdu.
Şervin Nəcəfpur yeni kolleksiyası barədə özəl olaraq “Palitra”ya məlumat verib: “Dizaynlarımda Azərbaycan adət-ənənəsi və simvollarından yararlanmağımın əsas səbəbi ölkəmizi tanıtdırmaqdır. Bu kolleksiyamda bir çox mesajlar göndərmək istiyirəm. Nümayış əsnasında ekranlarda “I’m a Star” (Mən bir ulduzam), sözləri yayımlanacaq. Və işğal altında olan bir çox şəhər adlarımız yazılacaq; “Mən Qarabağda bir Ulduzam”, “Mən Urmuda bir ulduzam” və s. Bunun əsas səbəbi belə beynalxalq platformada güclü mesajlar göndərmək istiyirəm. Mən özümə borc bilirəm ki, bu şəhərlərə diqqəti artırım. Bu gecədə bir çox dünya mətbuatından nümayəndələr, modelyerlər, sənətçilər, alıcılar, nazirlər, tanınmış simalar və s. iştrak edəcək. Nəticədə, sənət sənət üçün deyildir, sənət vətən üçündür”.
Şervin Nəcəfpur bildirib ki, iki nümayişi olacaq: “Biri 7 martda, digəri isə Beynəlxalq Qadınlar günü- 8 martda baş tutacaq. “I’m a Star” (Mən bir ulduzam) koleksiyamı bir müddət öncə dünyasını dəyişmiş xalama həsr etmək istiyirəm. Artıq bizimlə olmasa da, bilirəm ki ən qaranlıq gecədə parlayan bir ulduz kimi mənə baxır. Eyni zamanda bunu qeyd etmək istəyirəm ki həyatda heç nə zəhmət çəkmədən nədə əldə edilmir. İnsan halı olaraq, zaman-zaman xəyallarımızın ardından getmək çətin gəlir, amma insan özünə güvənməlidir, səbirli olmalıdır və biraz da zamana buraxmalıdır. Zəhmət çəkən hər bir insan ulduzdur, əlbəttə bir gün parlayacaq”.
Şervin Nəcəfpur deyib ki, esgizləri həm cəsarətlidir, həm də klassikdir: “Kolleksiyanı izləyənlər bunu görəcək. İnsan həm feminin və feminist ola bilər. Fikrimcə, bütün valideynlər öz övladlarını feminist yetişdirsə, dünyada olan bir çox problemlər həll olunar. Bu kolleksiyada mənim xarakterimə xas çizgilər hiss olunacaqdır.
Kolleksiya ağ rəngdən ibarət olacaq. Bunun əsas səbəbi Ağ rəng dünyanın bütün xalqlarında uğur, xoşbəxtlik, paklıq, düzlük, ehtiram və s. bildirir. Hətta bütün rənglərin ağ rəngdən törəməsi fikri də var və bu səbəbdən o, "ana rəng" adlanır. İlhamımı isə yenə də türk dünyasının zəngin mədəniyyətindən almışam. Yeni İl bayramında Bakıdayıdım və Ağ Şəhərə vuruldum. Eyni zamanda yenə də qeyd etmək istiyirəm ki, bütün yaxından tanış olmuş olduğum, hekayələrini eşitdiyim güclü, zəhmətkeş insanlardan ilham almışam”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Təhsil müəssisələrində Nəsimiyə həsr olunan ədəbi-bədii gecələr və müsabiqələr keçiriləcək
18.02.2019
Milli Dram Teatrının kollektivi Masallıda qastrol səfərində
18.02.2019
Fuad Cəfərlinin şeirlər kitabı işıq üzü görüb
18.02.2019
Heydər Əliyev Mərkəzində rus avanqard rəssamlarının nadir əsərlərindən ibarət sərgi açılıb
18.02.2019
Macarıstanlı diplomat Musiqili Teatrda

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info