Avstriyada yeni ata olan şəxslər bir aylıq məzuniyyətə çıxa biləcəklər
Tarix: 12.02.2019 | Saat: 03:21:00 | E-mail | Çapa göndər



Avstriyada yeni ata olan vətəndaşların yaxın gələcəkdə bir aylıq məzuniyyətə çıxması mümkün olacaq. Bu tələblə Avstriyanın vitse-kansleri Haynts-Xristian Ştraxe çıxış edib.

AZƏRTAC xəbər verir ki, atalıq məzuniyyətindən geri qayıdan Ştraxe keçirdiyi mətbuat konfransında bildirib ki, o, belə bir məzuniyyətin şəxsi hesaba deyil, ödənişli qaydada olmasının tərəfdarıdır. Ailə bağlarını daha da möhkəmləndirməyə xidmət edən bu addım hökumətin ailə siyasətində müsbət amilə çevrilə bilər və ölkə iqtisadiyyatı üçün ciddi xərclər yaratmayacaq.
Koalisiya tərəfdaşı Avstriya Xalq Partiyası ilə bu istiqamətdə danışıqların aparıldığını bildirən vitse-kansler Avropa İttifaqı səviyyəsində belə bir qanunun qəbul olunacağını gözləməkdənsə milli səviyyədə bütün ailələr üçün bu istiqamətdə seçim imkanının yaradılmasının vacibliyini bildirib.
Hazırda Avropa İttifaqı səviyyəsində yeni ata olan şəxslərə on günlük məzuniyyət hüququnun verilməsi barədə danışıqlar aparılır. Avstriyada isə koalisiya tərəfdaşları bu məzuniyyətin müddətinin bir ay olması ilə bağlı müzakirələr aparırlar.




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
“Cazibə qanununu Nyuton deyil, hind riyaziyyatçıları kəşf edib“
19.08.2019
İslandiyada “ölən“ buzlaq üçün mərasim təşkil edildi
19.08.2019
50 il əvvəl yazılan şüşədəki məktub
19.08.2019
Sən demə pişiklər...
18.08.2019
“RE:CYCLING” - köhnə qəhvə kapsullarından yeni velosiped

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10865

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info