Bu gün UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinə start veriləcək
Tarix: 12.02.2019 | Saat: 09:59:00 | E-mail | Çapa göndər



Fevralın 12-də UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün səkkizdəbir final mərhələsinə start veriləcək

AZƏRTAC xəbər verir ki, turnirin ilk oyun günündə maraq doğuran qarşılaşmalardan biri İngiltərədə keçiriləcək. “Mançester Yunayted” doğma azarkeşlər önündə Fransanın “Paris Sen-Jermen” komandası ilə üz-üzə gələcək. Hər iki komanda matça itkilərlə çıxacaq. Paris təmsilçisinin baş məşqçisi Tomas Tüxel üç əsas futbolçusunun xidmətindən yararlana bilməyəcək. Fransa klubunun heyətində müdafiəçi Tomas Mönye, hücumçular Edinson Kavani və Neymar zədə üzündən oyunu buraxacaqlar. Meydan sahiblərinin heyətində isə üç müdafiəçi zədəlidir. Markos Roxo, Antonio Valensiya və Matteo Darmian bu qarşılaşmada iştirak etməyəcəklər.
Günün digər matçında “Roma” doğma meydanda Portuqaliyanın “Porto” klubunu qəbul edəcək. Meydan sahiblərinin heyətində Cengiz Ünder və Dieqo Perotti bu oyunda iştirak etməyəcəklər. Qonaq komandada isə Xesus Korona cəzalı, Mussa Mareqa isə zədəli olduqlarından meydana çıxa bilməyəcəklər.
Hər iki görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasında cavab matçları martın 6-da oynanılacaq.
Xatırladaq ki, turnirin səkkizdəbir final mərhələsindən etibarən oyunlarda videonəzarət (VAR) sistemindən istifadə olunacaq.




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
“Yalnız bir nəfər“
22.04.2019
Formula 1 Azərbaycan Qran-Prisinin bolidləri Bakıya gətirilib
22.04.2019
Bakıda ilk dəfə aerobika gimnastikası üzrə Avropa çempionatı təşkil olunacaq
21.04.2019
Futbol üzrə İtaliya və İspaniya çempionatlarında növbəti oyunlar keçirilib
20.04.2019
“Yuventus“dan ardıcıl 8-ci çempionluq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


23.04 08:37
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info