Uzunömürlülərin qohumları da uzunömürlü ola bilər
Tarix: 12.02.2019 | Saat: 10:05:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutu qocalmanın molekulyar-genetik və fizioloji əsasları problemi üzrə araşdırmalar apararkən yeni nəticələr əldə edib.
Bu barədə Trend-ə institutun direktoru Ulduz Həşimova deyib.
Onun sözlərinə görə, qocalmanın molekulyar-genetik və fizioloji əsasları problemi üzrə uzunömürlülərlə yanaşı, onların qohumları üzərində də araşdırma aparılıb. Araşdırmanın aparılmasında məqsəd uzunömürlülərdə sinir sisteminin funksional vəziyyətini və beynin uyğunlaşma mexanizmlərini tədqiq etmək olub. Tədqiqat nəticəsində uzunömürlülərlə qohumluğu olmayan insanlarla müqayisədə uzunömürlülərin yaxın qohumlarında baş beynin bioelektrik aktivliyinin strukturunda, gicgah nayihələrində daha yüksək aktivlik aşkar edilib. Bu da uzunömürlülərin yaxın qohumlarında yaddaş, afferent informasiyanın (eşitmə, görmə) inteqrasiyası və emosional fonun harmonizasiyasını təmin edən proseslərin daha yüksək səviyyədə olmasını göstərir.
U.Həşimova qeyd edib ki, sadalanan dəlilllər uzunömürlülərin qohumlarının da gələcəkdə uzunömürlü olacağına zəmin yaradan əsas faktorlardan biridir.
Uzunömürlülərin gecə yuxusu ilə bağlı da araşdırma apardıqlarını deyən institut direktoru əlavə edib ki, uzunömürlülərin sürətli yuxu davamlılıgı çox olur.
Onun sözlərinə görə, uzunömürlünün gecə yuxusunun strukturunda REM fazanın dominantlığı irsi-genetik informasiyanın işlənmə mexanizmlərinin üstünlüyünü əks etdirir:
"Yetkin insanın sürətli yuxu fazası 20-25 faiz təşkil edir. Yavaş yuxudan fərqli olaraq, sürətli yuxu fazasında baş beynin fəaliyyəti artır. Sürətli yuxu rəngarəng yuxularla fərqlənir və bu yuxularda qəbul olunmuş informasiyanın işlənilməsi və onun yaddaşa salınması baş verir. Baş beyin salınmış genetik informasiyanı işləyir, onu daxil olan informasiya ilə muqayisə edir və oyanandan sonra ətraf mühitə adaptasiya proqramını formalaşdırır. Görünür ki, bu amil uzunömürlülük üçun vacibdir. Elə bu səbəbdən də uzunömürlülərin sürətli yuxu davamlılıgı çox, yəni 60-65 faiz təşkil edir".
Qeyd edək ki, 2018-ci ilin əvvəlinə olan məlumata əsasən, Azərbaycanda 90 yaşından yuxarı olan təxminən 10 min uzunömürlü var.
U.Həşimova bir müddət əvvəl Trend-ə verdiyi açıqlamasında Azərbaycanda ölkəmizdə ailəvi uzunömürlülük hallarına rast gəlindiyini açıqlamışdı.




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
“Cazibə qanununu Nyuton deyil, hind riyaziyyatçıları kəşf edib“
19.08.2019
İslandiyada “ölən“ buzlaq üçün mərasim təşkil edildi
19.08.2019
50 il əvvəl yazılan şüşədəki məktub
19.08.2019
Sən demə pişiklər...
18.08.2019
“RE:CYCLING” - köhnə qəhvə kapsullarından yeni velosiped

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10865

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info