Qadınların problemləri müzakirə edilib
Tarix: 19.07.2013 | Saat: 21:47:00 | E-mail | Çapa göndər


Beynəlxalq Mətbuat Mərkəzində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə Kounterpart İnterneşnlın həyata keçirdiyi Qadın İştirakçılığı Proqramı tərəfindən dəstəklənən “Qadınların inkişafı naminə ictimai maraqların qorunması” layihəsi çərçivəsində “Konstitusiya” Araşdırmalar Fondu və “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi tərəfindən hazırlanmış BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında Konvensiyasının tələblərinin (Konvensiyanın 10, 11, 12, 13, 14 -cü maddələri) Azərbaycanda icra vəziyyəti ilə bağlı Alternativ hesabatın təqdimatı keçirilib.
Tədbirdə USAİD, Kounterpart İnterneşnlın, Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Sosial Müdafiə Fondunun təmsilçiləri, QHT nümayəndələri iştirak ediblər. “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev və “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyinin sədri Ruhəngiz Hüseynova layihə çərçivəsində görülən işlər, regionlarda keçirilən ictimai dinləmələr haqqında məlumat veriblər. “Konstitusiya” Araşdırmalar Fondunun eksperti Sacidə Əbdülvahabova Alternativ Hesabatı təqdim edib. Qeyd edək ki, hesabatın hazırlanmasında məqsəd ölkədə qadınların vəziyyətləri ilə bağlı olan problemli sahələri göstərmək, hökumətə və digər müvafiq təşkilatlara müəyyən tövsiyələri verməkdir. Sənəddə qadınların təhsilə, əməyə, sahibkarlığa cəlb olunması ilə bağlı ətraflı araşdırma və bir çox statistik məlumatlar, göstəricilər yer alıb.
İlkin




 
Bölməyə aid digər xəbərlər
16.02.2020
“Yüksəliş” müsabiqəsinin ilk onlayn imtahanı keçirilir
15.02.2020
Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub
15.02.2020
Sahil Babayev Macarıstanda azərbaycanlı tələbələrlə görüşüb
15.02.2020
Pozuntulara yol verən 130-dan çox bələdiyyə sədrinin işi məhkəmədə
15.02.2020
“Qırmızı Kitab”ın III nəşri hazırlanır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11451

1 “Dövlət dəstəyi sahibkarlığın inkişafında önəmli rol oynayır”
2 “İspaniya mediasında tez-tez Azərbaycan haqqında məlumat verilməsi bizə qürur verir”
3 “Paşinyan dövləti idarə etmək iqtidarında deyil”
4 Azərbaycan sağlamlıq turizmi Estoniyada təqdim olunub
5 Professor Rauf Sultanov: “Ölkədə ekoloji vəziyyətlə bağlı geniş layihələr həyata keçirilir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info