Bakıda yeni otel istifadəyə verilib
Tarix: 12.02.2019 | Saat: 12:34:00 | E-mail | Çapa göndər


Bakıda yeni otel istifadəyə verilib. “Villa Inn” adlanan otelinin açılışında Azərbaycan Turizm Assosiasiyasının, SKAL-ın üzvləri və mətbuat nümayəndələri iştirak ediblər. “Villa Inn ” otelinin baş meneceri Turqay Arı qonaqları salamlayaraq onlara turistlər üçün yaradılmış müxtəlif imkanlar haqqında ətraflı məlumat verib. Turqay Arı bildirib ki, “Villa Inn” otelində tam peşəkar komanda işləyir və oteldə qalan qonaqlara Azərbaycanı daha yaxından tanımaq üçün ekskursiyalar da təşkil olunacaq. Otelin qonaqlarına əvvəlcədən fərdi olaraq ekskursiya proqramları hazırlanacaq və onların e-mail ünvanlarına göndəriləcək. Təsdiq olunmuş proqramın həyata keçirilməsində qonaqlara otelin peşəkar komandası tərəfindən hər bir dəstək göstəriləcək. O da qeyd edilib ki, “Villa Inn ” otelinin peşəkar komandası Azərbaycanda turizmin inkişafına öz töhfəsini verəcək.
Otelində beynəlxalq standartlara cavab verən hər bir şərait yaradılıb. Otel 39 otaq nömrəsindən “ 2 Adeti Business suit ”, “1 Adeti Juniour suit ” ,“21 adeti Superior” və “15 Adeti Standart” otaqlardan təşkil olunub. Otelin hər iki restoranı da (Villa Restoran və Villa Terrace lounge) həftənin 7 günü 24 saat fəaliyyət göstərir. Otelin restoranında peşəkar aşpazlar tərəfindən Azərbaycan və Avropa mətbəxinin təamları hazırlanır. “Villa Inn”də qonaqları yay mövsümündə səmərəli şəkildə yararlanacağı böyük teras və baxça da var. Oteldə qonaqların istifadəsinə yüksək surətli internet- Wi Fi şəbəkəsi, biznes otaqlar və konfrans zalında görüşlər də daxildir. Oteldə qiymətlər iki nəfərlik standart otaqlarda bir nəfər üçün 30 AZN-dən başlayacaq. Otel www.booking.com və digər sistemlərə qoşulub.
Qeyd edək ki, “Villa Inn” Teymur Əliyev küçəsi ilə paralel Hindistan səfirliyinin qarşısında Ceyhun Hacıbəyli küçəsi 125 ünvanda yerləşir. Otelin fəaliyyəti ilə daha ətraflı məlumat almaq üçün _012 310 3929 və ya 050 383 4004 telefon nömrələrinə zəng vurmaq və www.villainnhotel.com – info@villainnhotel.com adreslərindən məlumat almaq mümkündür.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Ölkəyə milyonlar qazandıracaq sahə: meyvə suyu ixracı artıb
22.04.2019
Nazirlik 1-ci rübdə vergi sahəsində görülmüş işlər barədə məlumat yaydı
22.04.2019
Nazir: “Cari ildə TANAP-la Türkiyəyə 1,5 milyard kubmetrdən çox qaz nəql edilib”
22.04.2019
Bəxtiyar Aslanbəyli: “AÇG yataqlar blokunun işlənməsinə 36 milyard dollardan çox sərmayə qoyulub”
22.04.2019
Vergilər naziri “AmCham”ın nümayəndələri ilə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


23.04 08:37
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info