Azərbaycan İlahiyyat İnstitutunun kataloqu çap olunub
Tarix: 12.02.2019 | Saat: 12:38:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) yaranma tarixini, missiyasını, məqsədini və digər fəaliyyət sahələrini əks etdirən kataloq çap olunub. Azərbaycan dilində çapdan çıxmış 77 səhifəlik kataloqda İnstitut haqqında ətraflı məlumat və ali təhsil müəssisəsinin həyatını əks etdirən fotolar yer alıb.
Kataloq “Nə üçün Aİİ?”, “Tariximiz”, “Missiyamız”, “Məqsədimiz”, “Əsas dəyərlərimiz”, “Akademik təqvim”, “Akademik siyasət”, “İxtisas proqramları”, “İlahiyyat fakültəsi”, “Kafedra və şöbələr”, “Beynəlxalq əlaqələr və əməkdaşlıq”, “Tələbələrə dəstək sistemi”, “Tələbə həyatı” və digər bölmələrdən ibarətdir.
Aİİ-nin rektoru i.f.d. Ceyhun Məmmədovun kataloqa yazdığı “Ön söz”də dini bilikləri dəqiq çatdıra biləcək, dərin elmə, yüksək intellektə, zəngin dünyagörüşünə malik, yeni nəsli düzgün yönləndirəcək peşəkar mütəxəssislərə böyük ehtiyac olduğu qeyd edilir. C.Məmmədov daha sonra bildirir ki, ilahiyyat, təkcə öz tarixi-mədəni köklərinin dərkinə aparan yol, ona açılan bir qapı deyil. O, eyni zamanda, digər konfessiyalara məxsus insanların mənəvi dəyərlərinə hörmət və tolerant münasibəti öyrədən zəruri elm sahəsidir. Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını müstəqil dövlətçilik tariximizdə din sahəsində qəbul edilmiş ən ciddi qərarlardan biri olduğunu qeyd edən Aİİ rəhbəri Prezident İlham Əliyevin göstərdiyi etimadı, həmçinin xalqın inam və ümidini doğrultmaq üçün səylə çalışmağın vacib olduğunu bildirir.
“Tələbələrə maddi dəstək” kataloqda yer alan maraqlı bölmələrdən biridir. Gənclər təhsil aldıqları müddətdə onların xərcləri – qidalanma, geyim, yataqxana və digər ehtiyacları təmin olunur. Həmçinin təhsil aldıqları müddətdə müxtəlif adlı təqaüdlərlə təmin olunurlar. “Kitabxana-İnformasiya Mərkəzi” bölümündə İnstitut əməkdaşları və tələbələrinə, eyni zamanda, kənar oxuculara da xidmət göstərildiyi əksini tapıb.
Xatırladaq ki, beynəlxalq təcrübəyə və xarici universitetlərlə əməkdaşlığa xüsusi önəm verən Aİİ-nin əsas məqsədlərindən biri müasir dövrümüzün tələblərinə cavab verən, zəngin dünyagörüşünə, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə malik mütəxəssislərin yetişdirilməsidir.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
ADPU-da pedaqoji təcrübənin başlanmasına həsr olunmuş konfranslar keçirilib
19.02.2019
Təqaüdlərin artırılması təhsil alan gənclərin daha yaxşı yaşamasına istiqamətlənib
18.02.2019
Aİİ-də “Xocalıda məhv olmuş 8 ailə” filmi nümayiş etdirilib
18.02.2019
ADPU-da professor Seyidağa Həmidovun xatirəsinə həsr olunmuş tədbir keçirilib
18.02.2019
Yaqub Mahmudova həsr olunmuş kitabın təqdimatı olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info