Şabranda 5 min hektara yaxın ərazini əhatə edən iki böyük aqropark yaradılır
Tarix: 12.02.2019 | Saat: 12:46:00 | E-mail | Çapa göndər


Şabran rayonu ərazisində 5 min hektara yaxın ərazini əhatə edən iki böyük aqropark yaradılır. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunlar rayonun Udulu kəndində yaradılan “Şabran Aqrokompleks”, digəri isə Şabran şəhəri, Çölquşçu kəndi, eləcə də Uzunboyad, Rəhimli, Dəvəçi inzibati ərazi dairələrini əhatə edən “Çıraqqala Aqroparkı”dır. Udulu kəndi ərazisində 1770 hektar ərazidə yaradılan “Şabran Aqrokompleks”də 200 işçi çalışacaq. Artıq infrastruktur işləri yekunlaşıb, 1500 hektar sahədə 18 ədəd pivot suvarma sistemi quraşdırılıb. Aqrokompleksdə yaz əkininə hazırlıq işləri aparılır və bütün ərazidə şum işləri yekunlaşıb.
Bağçılıq və tərəvəzçiliyin inkişafı məqsədilə 3 min 20 hektar sahədə yaradılan “Çıraqqala Aqropark”da da hazırda yaz tarla işlərinə hazırlıq görülür, 500 hektardan çox sahə şumlanıb. Aqroparkda 500 hektar sahə üçün pivot suvarma sistemi sifariş olunub, 2 min 500 hektar sahədə isə meliorativ qurğuların tikintisi yekunlaşıb. “Çıraqqala Aqropark”da 100 nəfərin işlə təmin olunması nəzərdə tutulub.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində iri fermer təsərrüfatlarının və aqroparkların yaradılması istiqamətində yaxşı nəticələrin olduğunu vurğulayıb. Dövlətimizin başçısı diqqətə çatdırıb ki, ümumiyyətlə, 51 aqropark və iri fermer təsərrüfatının yaradılması nəzərdə tutulub. Artıq yaradılan 17 aqroparkın ümumi sahəsi 104 min hektardır. “Bütün aqroparkların əhatə etdiyi sahə təqribən 200 min hektara yaxın olacaq. İndi 31 aqroparkın yaradılmasına 2,2 milyard manat vəsait nəzərdə tutulur. Onların istehsal edəcəyi məhsullar, indi təxmini hesablamalar göstərir ki, təqribən 800 milyon-1 milyard manata yaxın olacaqdır” - deyə Prezident İlham Əliyev vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Kişmişi idxaldan ixrac məhsuluna çevirməliyik
22.08.2019
“KOB Dostu” Xəzər rayonunda da sahibkarlara xidmət göstərəcək
22.08.2019
Əli Əhmədov: Hökumət süni qiymət artımına yol verilməməsi üçün lazımi tədbirlər görür
22.08.2019
Yunəyirici-Boyaq Fabriki son illərin ən irihəcmli iqtisadi layihələrindən biridir
22.08.2019
Əli Həsənov: Maraqlı dairələr Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info