“Azərkosmos” Bakı Ali Neft Məktəbində seminar keçirdi
Tarix: 12.02.2019 | Saat: 13:10:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən “Məsafədən müşahidənin əsasları” adlı seminar keçirilib. Seminarda BANM-ın rektoru Elmar Qasımov, “Azərkosmos”un nümayəndələri, Ali Məktəbin müəllim və tələbələri iştirak ediblər. Ali Məktəbin rektoru bildirib ki, BANM “Azərkosmos” ASC ilə uğurla öz əməkdaşlığını davam etdirir. Rektor bildirib ki, BANM-ın tələbələri “Azərkosmos” və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən "CanSat Azərbaycan 2018" müsabiqəsində “İnterstellar” komandası adı altında ikinci yeri qazanıblar. “Ali Məktəbin tələbələri Azərkosmosun təşkil etdiyi layihələrdə bundan sonra da böyük həvəslə iştirak edəcəklər” - deyə rektor bildirib. Seminarda Ali Məktəbin tələbələrinə “Azərkosmos” ASC-nin Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri Tərlan Məmmədzadə, Mərkəzdə mühəndis-proqramçı Cavid Xəlilov, Təsvirlərin emalı qrupunun Məsafədən zondlama üzrə aparıcı mütəxəssisləri Elman Ələskərov və İsmət Baxışov tələbələrin qarşısında böyük təqdimat ediblər. Əvvəlcə tələbələrə “Azərkosmos” ASC-nin fəaliyyəti və tələbələr üçün təşkil edilən layihələr haqqında məlumat verilib. Daha sonra “Məsafədən müşahidənin əsasları” adlı seminarda peyklər və məlumatların əldə olunması, elektromaqnit enerjisi, məkan və spektral məlumatlar, təsvirlər, süni intellekt haqqında prezentasiya edilib. Seminardan sonra Azərkosmosun nümayəndələrinə BANM-ın kampusunu ilə yaxından tanış olmaq üçün tur təşkil edilib.




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
ADPU-da pedaqoji təcrübənin başlanmasına həsr olunmuş konfranslar keçirilib
19.02.2019
Təqaüdlərin artırılması təhsil alan gənclərin daha yaxşı yaşamasına istiqamətlənib
18.02.2019
Aİİ-də “Xocalıda məhv olmuş 8 ailə” filmi nümayiş etdirilib
18.02.2019
ADPU-da professor Seyidağa Həmidovun xatirəsinə həsr olunmuş tədbir keçirilib
18.02.2019
Yaqub Mahmudova həsr olunmuş kitabın təqdimatı olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info