Cəlil Məmmədquluzadənin əsərləri özbək dilində
Tarix: 12.02.2019 | Saat: 13:35:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli dünyanın müxtəlif ölkələrində böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin əsərlərini xarici dillərdə kitab halında nəşr etmək missiyasını həyata keçirir. İndiyədək akademik İsa Həbibbəylinin ideya müəllifliyi və ön sözü ilə Cəlil Məmmədquluzadənin əsərləri Rusiyada, Misir Ərəb Respublikasında, Pakistanda, Litvada, Gürcüstanda, Macarıstanda çap olunub.
Bu günlərdə akademik İsa Həbibbəylinin ideya müəllifi olduğu “Cəlil Məmmədquluzadənin əsərləri xarici dillərdə” layihəsi üzrə görkəmli yazıçının növbəti kitabı Özbəkistanda çapdan çıxıb. Daşkənd şəhərindəki “Mümtaz söz” nəşriyyatında “Poçt qutusu” adı ilə nəşr edilmiş kitabda akademik İsa Həbibbəylinin müqəddimə kimi verilmiş “Azərbaycan ədəbiyyatı və Cəlil Məmmədquluzadə haqqında bir neçə söz” adlı ön sözdə Azərbaycan ədəbiyyatının çoxəsrlik tarixi, görkəmli yaradıcıları və böyük ənənələrinə dair zəruri elmi məlumatlar özbək oxucularına çatdırılıb. Müqəddimədə Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığının əsas məqamları, ədibin Azərbaycan ədəbiyyatına gətirdiyi mühüm yeniliklər və onun adı ilə bağlı olan sənət ənənələri geniş əhatə olunub.
“Poçt qutusu” kitabında Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” povesti və “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Qurbanəli bəy”, “Pirverdinin xoruzu”, “Kişmiş oyunu”, “Saqqallı uşaq”, cəmi 26 hekayəsi özbək dilində təqdim edilib. Qeyd edək ki, bu vaxtadək Özbəkistanda Cəlil Məmmədquluzadənin cəmi 2 hekayəsi çap olunub.
Cəlil Məmmədquluzadənin povest və hekayələrini özbək dilinə Özbəkistanın görkəmli yazıçısı Usmon Koçkor tərcümə edib. Kitabda eyni zamanda Usman Koçkorun “Cəlil Məmmədquluzadə” adlı yazısı da özünə yer alıb.
Kitabda həmçinin tanınmış özbək alimi, filologiya elmləri doktoru, professor Həmidulla Boltaboyevin “Cəlil Məmmədquluzadə və özbək ədəbiyyatı” adlı son sözü də verilib.
“Poçt qutusu” kitabını nəşrin məsul redaktoru, professor Həmidulla Boltaboyev çapa hazırlayıb. Kitabın redaktoru isə tanınmış publisist Qulu Kəngərlidir.
Cəlil Məmmədquluzadənin “Poçt qutusu” kitabının özbək dilində nəşr edilməsi Azərbaycan-Özbəkistan elmi-ədəbi əlaqələrinin yeni səhifələri kimi mühüm əhəmiyyətə malikdir. “Poçt qutusu” kitabının Özbəkistanda nəşr edilməsi Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə qiymətli hədiyyədir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
İran “Oskar” mükafatına namizəd olan filmini təqdim edib
22.08.2019
Özbəkistanda “Azərbaycan-Özbək ədəbi əlaqələri (1920-1960-cı illər)” adlı kitabın təqdimatı olub
22.08.2019
Camal Əliyev Böyük Britaniyada konsert proqramı ilə çıxış edəcək
22.08.2019
“Yatmış gözəl” baleti Eldar Əliyevin quruluşunda təqdim ediləcək
21.08.2019
Stallone son “Rembo” filminin yeni treylerini nümayiş etdirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info