Göygöl rayonunda 600-dən çox insanın işləyəcəyi zavodun inşasına başlanılıb
Tarix: 12.02.2019 | Saat: 14:07:00 | E-mail | Çapa göndər


Göygöl rayonu ərazisində Buğda Nişastası Dərin Emalı Zavodunun inşası işlərinə başlanılıb. "Run Group"un sifarişi və "Run Const.&inv.comp" MMC-nin layihəsi əsasında həyata keçirilən inşaat işlərinin icraçısı Türkiyənin məşhur "Doğuş Holding" şirkətlər qrupuna daxil olan "Ayson Geotektnik ve Deniz İnşaat A.Ş" & "Es Group" JV şirkətidir. Bu məqsədlə "Run Group" MMC ilə adıçəkilən şirkət arasında müqavilə imzalanıb.
Dünyanın qabaqcıl ölkələrindən gətirilərək ən müasir texnika və texnologiyaların tətbiq ediləcəyi Göygöl Buğda Nişastası Dərin Emalı Zavodunun inşası üçün ilkin hesablamalara görə, 120 milyon avro investisiya tələb olunur. Zavodun inşasına ümumilikdə 600 nəfərədək işçi qüvvəsi cəlb olunacaq.
Zavodun inşasının maliyyələşməsini Çin Milli İdxal-İxrac Korporasıyası (CNTIC) və "Run Group"un birgə təsis etdiyi "CNTIC & Run Group" şirkəti həyata keçirir.
Layihənin gerçəkləşməsinin bütün hüquqi məsələlərini İsrailin "Zahavi Pretty" hüquq şirkəti həll edir. "Zahavi Pretty" həmçinin "Run Group"un digər layihələrinin də hüquqi təminat işlərini həyata keçirir.
Göygöl şəhərində 20 hektarlıq ərazidə yerləşəcək nişasta zavodu istismara veriləndən sonra burada 650 nəfərlik iş yeri açılacaq. Zavodda nişasta istehsalı üçün gündəlik 800 ton buğda emal edilə biləcək. Məhsulun 98 faizi xaricə ixrac olunacaq, yalnız 2 faizi ölkədə daxilində bazara çıxarılacaq. Qeyd edək ki, nişastadan qida sənayesində və tibbdə istifadə olunan 12 adda məhsul hazırlanır. Göygöl Buğda Nişastası Dərin Emalı Zavodunun 2020-ci ilin sonunadək tikilib başa çatdırılması gözlənilir.
Qeyd edək ki, bu, "Run Group"un Göygöldəki yeganə layihəsi deyil. Belə ki, şirkət yaxın gələcəkdə burada daha 2 böyük müəssisənin inşasını həyata keçirəcək. Onlardan biri Azərbaycan brendi olacaq otel, digəri isə otel tipli sağlamlıq mərkəzidir. Müvafiq olaraq 16 və 3 hektarlıq ərazidə yerləşən otel və sağlamlıq mərkəzi Azərbaycanın turizm və səhiyyə sektorunun inkişafına yeni töhfə olacaq.
Xatırladaq ki, fəaliyyətini Azərbaycanda, əsasən, qeyri-neft sektoruna investisiyaların cəlb olunması istiqamətində quran "Run Group" şirkəti bir sıra sahələrdə ardıcıl uğurlar qazanmaqda davam edir. Şirkət layihələri ilə inkişaf etməkdə olan Azərbaycanın dünyada ən qabaqcıl ölkələr sırasına çıxması üçün öz töhfəsini verməyə çalışır. Bu məqsədlə dünyanın bir sıra ölkələrinin nüfuzlu şirkətləri, fondları, elm, təhsil, tibb müəssisələri ilə sıx beynəlxalq əlaqələr quran şirkət hazırda Azərbaycanda tikinti, turizm, səhiyyə, media və kino sənayesi sektorlarında, həmçinin sosial, eləcə də ekoloji sahədə genişmiqyaslı layihələr gerçəkləşdirir.




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Kişmişi idxaldan ixrac məhsuluna çevirməliyik
22.08.2019
“KOB Dostu” Xəzər rayonunda da sahibkarlara xidmət göstərəcək
22.08.2019
Əli Əhmədov: Hökumət süni qiymət artımına yol verilməməsi üçün lazımi tədbirlər görür
22.08.2019
Yunəyirici-Boyaq Fabriki son illərin ən irihəcmli iqtisadi layihələrindən biridir
22.08.2019
Əli Həsənov: Maraqlı dairələr Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info