Beynəlxalq Simpozium və Novruz Festivalı keçiriləcək
Tarix: 12.02.2019 | Saat: 15:03:00 | E-mail | Çapa göndər


Türk Birliyi Dayanışma Dərnəyinin təşkilatçılığı, Azərbaycan- Kipr Dostluq Cəmiyyətinin dəstəyi, Şimali Kipr Türk Respublikası Parlamentinin vitse-prezidenti millət vəkili Zorlu Törenin himayəsində və Türkiyə Respublikası Lefkoşa Səfirliyinin xüsusi dəstəyi ilə beynəlxalq simpozium keçiriləcək. Simpozium Şimali Kipr Türk Respublikasının qurulmasında böyük əməyi olan, 30 ilə yaxın həmin dövlətin Prezidenti olmuş mərhum Rauf Raif Denktaşa və bu ölkənin müstəqillik əldə etməsində böyük mücadilə vermiş Fazil Küçüyün xatirəsinə həsr olunub. Simpoziumun əsas hissələrindən biri də ölkəmizin milli bayramı olan Novruz bayramına həsr olunacaq. Beynəlxalq simpoziumda Azərbaycan, Qazağıstan, Türkiyə, Almaniya, Rusiya, Hollandiya və digər ölkələrdən yüzə yaxın qonaq iştirak edəcəkdir. Eyni zamanda tədbirə ölkəmizdən Azərbaycan Respublikası Milli Məclisin deputatı Aydın Mirzəzadə, Azər Badamov, Xalq şairi Sabir Rüstəmxanlı, KİV təmsilçiləri və çox sayda təhsil işçisi iştrak edəcəkdir. Azərbaycan- Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə ölkəmizin milli bayramı olan Novruz Bayramı ilə bağlı şənlik keçiriləcəkdir. Şənlikdə Şimali Kiprdə yaşayan soydaşlarımız, yerli ictimaiyyətin nüfuzlu şəxsləri, elmi ictimaiyyət və xarici tələbələr dəvət olunub. Şənlikdə ölkəmiz haqqında ətraflı məlumatlar, müxtəlif məlumat bukletləri və sənətçilərimizin iştrakı ilə konsert proqramı baş tutacaq.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Təhsil müəssisələrində Nəsimiyə həsr olunan ədəbi-bədii gecələr və müsabiqələr keçiriləcək
18.02.2019
Milli Dram Teatrının kollektivi Masallıda qastrol səfərində
18.02.2019
Fuad Cəfərlinin şeirlər kitabı işıq üzü görüb
18.02.2019
Heydər Əliyev Mərkəzində rus avanqard rəssamlarının nadir əsərlərindən ibarət sərgi açılıb
18.02.2019
Macarıstanlı diplomat Musiqili Teatrda

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info