Bütün vətəndaşlarımızı, xüsusilə də gəncləri könüllülər hərəkatında yaxından iştirak etməyə çağırırıq
Tarix: 12.02.2019 | Saat: 15:28:00 | E-mail | Çapa göndər


Könüllülük fəaliyyəti Azərbaycan gənclərinin potensialının üzə çıxarılması və səmərəli istifadə olunması üçün əlverişli imkanlar yaradır. Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov "Facebook" səhifəsində yazıb. Ə.Həsənov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif toplantılarda və ictimaiyyətlə görüşlərində könüllülük fəaliyyətinin cəmiyyət üçün müsbət rolundan və əhəmiyyətindən dəfələrlə bəhs edib: "Dövlət başçısı fevralın 1-də Gənclər Gününə həsr olunmuş respublika toplantısındakı nitqində bu məsələnin üzərində xüsusi dayanıb, Azərbaycanda geniş vüsət almış könüllülər hərəkatını alqışladığını bildirib, dövlət təşkilatlarına və özəl sektora gənc könüllülərin işə cəlb edilməsini tövsiyə edib. Cənab Prezident vurğulayıb ki, könüllü fəaliyyət cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir, dövlət və özəl qurumlara öz funksiyalarını daha səmərəli yerinə yetirməyə imkan yaradır. Eyni zamanda müxtəlif qurumlarda könüllü fəaliyyətə cəlb olunmuş gənclər yaxşı təcrübə qazanır və onların əldə etdikləri bilik və bacarıqlar gələcəkdə peşəkar kadr ehtiyatının formalaşmasına öz töhfəsini verə bilər".
Prezidentin köməkçisi vurğulayıb ki, könüllü şəkildə dövlətə, ictimai maraqlara təmənnasız xidmət göstərmək saf niyyətdən doğan çox nəcib bir əməldir və hər cür alqışa layiqdir: "Eyni zamanda könüllü fəaliyyət gənclərə öz potensialını üzə çıxarmağa, ölkədə və xaricdəki həmyaşıdları ilə qarşılıqlı əlaqələr qurmağa imkan yaradır. Bütün bunlar nəzərə alınaraq, hələ 2009-cu ildə Azərbaycanda könüllülük fəaliyyəti sahəsində yaranan münasibətlərin hüquqi tənzimlənməsi məqsədilə “Könüllü fəaliyyət haqqında” qanun qəbul edilib. Hamımız Bakıda keçirilmiş “Avroviziya” müsabiqəsi, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və Formula-1 yarışları zamanı minlərlə yeniyetmə və gəncin həmin beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkilində mühüm rol oynadığını yaxşı xatırlayırıq. Bu sahədə bir sıra dövlət təşkilatlarının və ictimai qurumların, o cümlədən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərinin, Kənd Təsərrüfatı Nazirliyinin, Qızıl Aypara Cəmiyyətinin müsbət təcrübəsi var". Ə.Həsənov əlavə edib ki, son zamanlar digər dövlət orqanları da könüllülük proqramları ilə çıxış etməyə başlayıblar: "Yaxşı olardı ki, Azərbaycan Respublikası Prezidentinin tövsiyələrini, könüllülük fəaliyyətinin ictimai, sosial və tərbiyəvi əhəmiyyətini nəzərə alaraq, özəl və ictimai sektor, o cümlədən kütləvi informasiya vasitələri də bu prosesə fəal qoşulsunlar. Eyni zamanda bütün vətəndaşlarımızı, xüsusilə də gəncləri könüllülər hərəkatında yaxından iştirak etməyə çağırırıq".




 
Bölməyə aid digər xəbərlər
26.01.2020
İtaliyanın iş adamları Azərbaycana gələcək
26.01.2020
İpoteka və Kredit Zəmanət Fondu vətəndaşlara müraciət etdi
26.01.2020
Azərbaycan dövlət büdcəsinin hansı sahələrə xərcləndiyi açıqlanıb
26.01.2020
Rəşt-Astara dəmir yolu İran ilə Azərbaycanın idxal-ixrac əməliyyatlarının həcmini artıracaq
25.01.2020
Bakı-Tbilisi-Qars dəmir yolu ilə Azərbaycan karbamidi növbəti dəfə Türkiyəyə nəql edilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
2 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
3 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
4 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
5 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info