Qəbələdə “KOB Dostu” sahibkarlara xidmət göstərəcək
Tarix: 12.02.2019 | Saat: 16:10:00 | E-mail | Çapa göndər


Fevralın 12-də Qəbələdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) "Kiçik və Orta Biznesin Dostu" ("KOB Dostu") fəaliyyətə başlayıb. Bu, Şəki-Zaqatala iqtisadi rayonu üzrə ilk "KOB Dostu"dur və Qəbələ rayonu ilə yanaşı, ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara da xidmət göstərəcək. KOBİA-nın mətbuat xidmətindən bildirilib ki, bununla bağlı Qəbələdəki Konqres Mərkəzində təşkil olunan tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov agentliyin fəaliyyəti və KOB-lara göstərdiyi xidmətlər, eləcə də agentliyin mikro, kiçik və orta biznesə mühüm dəstək mexanizmlərindən olan "KOB Dostu" barədə məlumat verib. Vurğulayıb ki, Qəbələ "KOB Dostu" ilə birlikdə hazırda agentliyin ölkənin 9 şəhər və rayonunda 12 "KOB Dostu" fəaliyyət göstərir. "KOB Dostu" fəaliyyət göstərdiyi regionlarda mikro, kiçik və orta biznes subyektləri ilə birbaşa ünsiyyətdə olur, onların inkişaf təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafının bütün mərhələlərində, eləcə də sahibkarların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərir. KOB dostları mütəmadi olaraq sahibkarlarla görüşlər keçirir və indiyədək 120-dən çox bu cür görüş təşkil olunub.
Qəbələdə və ətraf rayonlarda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarları "KOB Dostu" ilə fəal əməkdaşlığa dəvət edən O.Məmmədov 2019-cu il ərzində ölkənin digər regionlarında da KOB dostlarının fəaliyyətə başlayacağını, bununla yanaşı, agentliyin digər dəstək mexanizmlərinin yaradılması istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırıb. Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev rayonda özəl bölmənin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib, digər dövlət dəstəyi mexanizmləri kimi, "KOB Dostu"nun da rayonda sahibkarlıq fəaliyyətinin genişlənməsinə töhfə verəcəyini diqqətə çatdırıb. Oğuz rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Yusifov isə bu dövlət dəstəyi mexanizminin Oğuz və ətraf rayonların sahibkarları, biznesə yeni başlayanlar üçün əhəmiyyətini qeyd edib, rayon sahibkarlarını "KOB Dostu"nun xidmətlərindən yararlanmağa dəvət edib. Tədbir çərçivəsində "KOB Dostu" ilə bağlı təqdimat keçirilib, fəaliyyət istiqamətləri və göstərəcəyi xidmətlər barədə ətraflı məlumat verilib, sahibkarların sualları cavablandırılıb. Sonra tədbir iştirakçıları Qəbələdə Heydər Əliyev Mərkəzində yerləşən "KOB Dostu"nun ofisi ilə tanış olublar. Qəbələ rayonu üzrə "KOB Dostu" Qalib Nəbiyev məlumat verib ki, burada sahibkarlara hərtərəfli xidmətlərin göstərilməsi üçün hər cür şərait yaradılıb, ofis lazımi avadanlıqlar və maarifləndirici materiallarla təchiz edilib. "KOB Dostu" ilə birgə ofisdə “KOB könüllüləri” də fəaliyyət göstərəcək.
Tədbirdə çıxış edən sahibkarlar özəl bölmənin, xüsusilə kiçik və orta biznesin inkişafına göstərilən davamlı dəstəyə görə dövlət başçısına minnətdarlıq ediblər.

Anar




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Azərbaycan nefti bahalaşıb
19.08.2019
Azərbaycanda barama istehsalında son 21 ilin ən yüksək göstəricisi qeydə alınıb
19.08.2019
Dövlət büdcəsinin xərcləri və gəlirləri açıqlanıb
19.08.2019
Dəmir yolu ilə sərnişin daşınması 26 faiz artıb
19.08.2019
“Sondakika.com”: “Rusiya, Türkiyə və Azərbaycan yeni iş birliyinə yönəlir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10865

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info