“Ermənistan tənəzzülə doğru gedir”
Tarix: 12.02.2019 | Saat: 16:21:00 | E-mail | Çapa göndər


“Bu gün Ermənistanda miqrasiya əvvəlki illərdə olduğundan daha artıq həddə çatıb”

Bu gün Ermənistanın humanitar yardım adı altında Suriyaya qoşun göndərməsi ölkə siyasiləri arasında müzakirə olunan əsas mövzulardan biridir. Maraqlıdır ki, hazırkı erməni rəsmiləri bu hərəkətlərinə haqq qazandırmağa çalışsalar da, onların bu addımına münasibətlər fərqlidir.
«Hüquqi baxımdan, Ermənistanın Suriyaya humanitar qrup adı altında hərbi mütəxəssislər göndərməsi erməni qanunlarının ciddi pozulması deməkdir. Belə ki, «Müdafiə haqqında» qanunun 5-ci maddəsinin 5-ci hissəsi Ermənistan silahlı qüvvələrinin beynəlxalq müqavilələr əsasında sülhməramlılıq və ya hərbi əməliyyatlar apararkən ölkədən kənarda yerləşdiriləcəyini təsdiqləyir». Bu fikirləri «News.am» saytına Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan bildirib.
Sədr müavinin sözlərinə görə, Ermənistanın belə bir müqaviləsi və ya razılaşması yoxdur. Ona görə də Nazirlər Kabineti nümayəndələri bəzi manipulyasiyalar etməyə, özlərini sudan quru çıxarmağa çalışırlar: «Bunu onlar da başa düşürlər. Məsələn, baş nazirin müavini gün ərzində müxtəlif qarışıq açıqlamaqlar verməklə, özünü də pis vəziyyətdə qoymuş oldu. Məsələ bundadır ki, qanunun ciddiliyini pozduqlarını anlayan yeni hakimiyyət səlahiyyətliləri öz yalanları ilə dolaşdılar».
Aşotyana görə, Suriyaya göndərilən erməni mütəxəssislərinin təhlükəsizliyi üçün heç bir zəmanət yoxdur. Bu gün erməni hakimiyyətinin hərəkətləri «bura mənim evimdir, deyə hər şey edə bilərəm” anlamını verir: «Onlar unutmamalıdırlar ki, hazırda Ermənistan öhdəlikləri olan bir dövlətdir. Baş verənlər isə, yalnız siyasi maraqlarını təqib edən Nikol Paşinyanın şəxsi qərarıdır. Maraqlıdır, erməni əsgərinin həyatı bahasına başa gələ biləcək bu olaylara ölkə parlamenti niyə passivlik nümayiş etdirir. Məgər onlar Paşinyanın bu qərarına razılıq veriblərmi? Biz vaxtilə ölkə parlamentində müxalifətin də təmsil olunmasını tələb edəndə, məhz bunları nəzərə almışdıq».

“Miqrasiya təkcə iş tapmayıb ölkəni tərk edənlər arasında artmayıb. Bu, artıq başqa sahələrdə çalışanlara da sirayət edib. Çoxları xatırlamış olar, Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdə ölkədə heç bir siyasi təqib həyata keçirməyəcəyini bəyan etmişdi. Lakin indi biz bunun tam əksini görürük. Bu gün Ermənistanda sabiq səlahiyyətlilərə qarşı aparılan təhdid və təqiblər baş alıb gedir. Bu da, təbii ki, yeni miqrasiya üçün stimullar yaradır”

Qeyd edək ki, erməni ekspert Karen Koçaryan da yeni hakimiyyətin
ən böyük problemini ölkənin bütün sahələrdə koordinsiya olunmamış, belə desək, razılaşdırılmamış işdə görür. Maraqlıdır ki, Koçaryan hökumətin parlamentə müzakirəyə çıxardığı proqramı da bu qəbildən sayır. Məsələn, o da «İşıqlı Ermənistan» fraksiyasının «hökumət proqramında maliyyələşmə mənbələrinin göstərilməməsi» ilə razılaşır. Onun fikrincə, bu proqram parlamentə çıxarılmazdan əvvəl ölkənin qabaqcıl mütəxəssisləri tərəfindən də müzakirə edilməli idi.
«Bu, Paşinyanın vədlərinin və yalanlarının yerinə yetirilməməsi barədə bir bəyanatdır. Paşinyan hakimiyyət gəldiyi ilk günlərdə, tezliklə ölkədə iqtisadi çevriliş edəcəyini bəyan etmişdi. Amma bu gün biz bunun əksini görürük. Ölkə tənəzzülə doğru gedir». Bu fikirələri isə Respublikaçılar Partiyasının digər üzvü Eduard Şamarzanov yeni dövlət proqramının müzakirəsinə münasibət bildirərkən deyib. Şarmazanova görə, məsələ o həddə çatıb ki, artıq Paşinyan da ölkədəki tənəzzülü etiraf etmək məcburiyyətindədir: «Belə görünür ki, artıq onun «sehirli çubuğu» da kəsərdən düşüb, deyə ona kömək edə bilmir. Bu gün Ermənistanda miqrasiya əvvəlki illərdə olduğundan da artıq həddə çatıb. Amma deməliyəm ki, bu təkcə ölkədə iş tapmayıb ölkəni tərk edənlər arasında artmayıb. Bu artıq başqa sahələrdə çalışanlara sirayət edib. Çoxları xatırlamış olar, Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdə ölkədə heç bir siyasi təqib həyata keçirməyəcəyini bəyan etmişdi. Lakin indi biz bunun tam əksini görürük. Bu gün Ermənistanda sabiq səlahiyyətlilərə qarşı aparılan təhdid və təqiblər baş alıb gedir. Bu da, təbii ki, yeni miqrasiya üçün stimullar yaradır» . Xatırladaq ki, erməni siyasətçisinin bu fikirləri «Aysor» saytında yer alıb.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Köçəryanın oğluna qarşı cinayət işi qaldırılıb
18.02.2019
Mer seçkisində Paşinyanın namizədi məğlub oldu
18.02.2019
Peskov: “Putin Ərdoğana çox etibar edir”
15.02.2019
Yerevanda “Rusiyada necə inqilab etməli?” kursları keçirilib
15.02.2019
Yerevanda avtobus sürücüləri tətil edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info