Bilgəhdə sahil zolağı plastik tullantılardan təmizlənib
Tarix: 12.02.2019 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin birgə təşəbbüsü ilə Bilgəh çimərliyinin bir hissəsində dəniz sahilinin plastik tullantılardan təmizlənməsi və toplanaraq təkrar emala göndərilməsi məqsədilə iməcilik keçirilib. İməcilikdə nazirliyin əməkdaşları, Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts, səfirliyin nümayəndələri və “Azərsun Holdinq” MMC-nin texniki heyəti iştirak edib. Plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması, tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsi və əhalinin bu istiqamətdə maarifləndirilməsi məqsədilə keçirilən aksiyada 5 hektardan artıq sahil zolağı plastik tullantılardan təmizlənib və yenidən emal məqsədilə aidiyyəti üzrə daşınıb. Aksiyada iştirak edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts tədbirin əhəmiyyətli olduğunu bildirib və ölkəsindəki təcrübələrdən danışıb: “Belə vacib tədbirdə iştirakdan məmnunam. Məqsədimiz plastik qablardan istifadənin azaldılması və yenidən emalını təşviq etməkdir. Çünki yaxın zamanlarda okeanlarda balıqlardan çox plastik tullantıların olacağı gözlənilir. Hər kəs bu tədbirdə iştirak etməlidir. Böyük Britaniyada supermarketlərdə elə bölmələr var ki, plastikdən istifadə olunmur. Bəzi mağazalarda polietilen torbaların istifadəsinə müəyyən məbləğ tətbiq olunur. Plastik qabların emalı üçün xüsusi müəssisələr fəaliyyət göstərir. Gələn həftə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun Azərbaycana səfəri zamanı Böyük Britaniyanın plastiklə bağlı strategiyası barədə Azərbaycan hökuməti ilə danışıqlar aparılacaq. Bu, Böyük Britaniya və Azərbaycanın birgə həyata keçirdikləri qlobal çağırış kampaniyasına bir töhfədir”. Nazirliyin sektor müdiri Mehman Nəbiyev deyib ki, ölkə başçısı “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması üzrə 2019–2020-ci illər üçün Tədbirlər Planı”nı təsdiq edib: “Tədbirlər Planının təsdiq olunması nazirlik tərəfindən həyata keçirilən bu tədbirlərin daha davamlı, ardıcıl və digər aidiyyəti qurumlarla birgə koordinasiyalı idarə olunmasına kömək edəcək. Plastik tullantılardan istifadənin məhdudlaşdırılması dedikdə ondan istifadənin tamamilə ləğv edilməsi demək deyil. Buarada onların istifadəsinin azaldılması nəzərdə tutulur. Nazirlik bununla bağlı ötən ilin ortalarından etibarən bir sıra tədbirlər keçirib. Tədbirlər bu gün də davam edir. Hazırda plastik qablaşdırma tullantıların toplanması üçün nazirlik 37 şəhər və rayonda 153 belə konteyner yerləşdirib. Polietilen torbalara alternativ olan parça və kağız torbaların istehsalı ilə məşğul olan müəssisələrlə görüşlər keçiririk. Həmin müəssisələr ölkəmizdə də mövcuddur. Həmçinin plastik qablaşdırma tullantıların idarə olunması ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi ilə əlaqədar Böyük Britaniya səfirliyinin təşəbbüsü ilə nazirliyin iki əməkdaşı Böyük Britaniyaya gedəcək”.




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Qazaxın Məzəm kəndində düşmən atəşindən qorunmaq üçün istinad divarı çəkilir
22.04.2019
Azərbaycan tarixi üçün vacib mənbə - “Araz şahiddir”
22.04.2019
DGK: “Ölkəyə avtomobil gətirilməsində heç bir məhdudiyyətdən söhbət gedə bilməz”
22.04.2019
“Həyat naminə qan ver” aksiyası keçirilib
22.04.2019
KİV nümayəndələri üçün seminar keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info