Paytaxt polisləri ilə növbəti təlim-məşq toplantısı keçirilib
Tarix: 12.02.2019 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


Şəxsi heyətin fiziki hazırlığının yüksəldilməsi, əlbəyaxa döyüş növlərinə daha yaxşı yiyələnmələri məqsədi ilə DİN İdman Cəmiyyətində fevralın 4-dən 8-dək Bakı Şəhər Baş Polis İdarəsinin və tabeli qurumların əməkdaşları ilə növbəti təlim-məşq toplantısı keçirilib. Toplantıda silahsız özünümüdafiə və əlbəyaxa döyüş növləri üzrə təlimlərin aparılmasının başlıca prinsipləri açıqlanıb, hər bir əməkdaşın müvafiq proqrama yiyələnməsinin əhəmiyyəti nəzərə çatdırılıb.
Sonra şəxsi heyətin həmin fənləri mənimsəmələrinin səviyyəsinin yoxlanılması məqsədilə təlimdə iştirak edən 51 əməkdaş öz bacarığını nümayiş etdirib.
İdman təlimi bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov polis orqanlarında çalışan əməkdaşlarla əlbəyaxa döyüş növləri üzrə təlim məşqləri aparılmasının vacibliyindən danışaraq qeyd edib ki, il ərzində davam edəcək təlim müddətində DİN İdman Cəmiyyətinin təcrübəli əməkdaşları fiziki hazırlıq məşğələlərinin səmərəsinin artırılması barədə belə tədbirləri davam etdirəcəklər. O bildirib ki, paytaxtımızla yanaşı bölgələrdə ərazi polis orqanlarının şəxsi heyəti ilə mütəmadi olaraq aparılan fiziki hazırlıq məşğələlərinin səmərəliyinin artırılması, əməkdaşların silahsız özünümüdafiə fəndlərinə daha yaxşı yiyələnmələri üçün müvafiq tapşırıqlar verilir. Təlimin keçirilməsində DİN İdman Cəmiyyətinin əməkdaşları, polis kapitanı Aydın Həşimov və polis baş serjantı Hakim Hacıyev yaxından iştirak ediblər.

Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Sabah hava necə olacaq?
16.02.2019
Prezident İlham Əliyev Siyavuş Novruzovu “Şöhrət“ ordeni ilə təltif edib
15.02.2019
“Toplan” sahibsiz itlərə qayğı mərkəzinin növbəti hissəsinin təməli qoyulub
15.02.2019
Əli Həsənov: “Düşmənçilik toxumu səpmək istəyən qüvvələr öz çirkin niyyətlərinə çatmayacaqlar”
15.02.2019
AQTA sahibkarlara müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info