Vergi bəyannamələrinin 90 faizə yaxını elektron formada təqdim olunur
Tarix: 12.02.2019 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


Vergiödəyiciləri tərəfindən təqdim edilən hesabat və vergi bəyannamələrinin 90 faizə yaxını elektron formada təqdim olunur. Bu barədə Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət departamentinin baş direktoru Elçin Məmmədov deyib.
O qeyd edib ki, bu, həm vergiödəyiciləri ilə münasibətlərin düzgün qurulmasına və qarşıya çıxan çətinliklərin rahat şəkildə aradan qaldırılmasına, həm də düzgün təhlillərin aparılmasına və qiymətləndirmələrə geniş imkan yaradır.
Departament rəhbərinin sözlərinə görə, vergiödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətini artırmaq məqsədilə daim texnoloji yeniliklər tətbiq olunur. Vergilər Nazirliyinin Çağrı mərkəzi vergiödəyicilərinin müntəzəm müraciət etdiyi və çox geniş auditoriyası olan bir sistemdir. Bundan başqa, sahibkarlara Vergiödəyiciləri xidmət mərkəzləri vasitəsilə çoxşaxəli köməklik göstərilir. E.Məmmədov, həmçinin vergiödəyicilərinə göstərilən ünvanlı xidmətlərlə bağlı vurğulayıb ki, bu, hansısa səbəblərdən xidmət mərkəzlərinə gedə bilməyənlərə, yaxud yeni qeydiyyatdan keçmiş vergi ödəyicilərini əhatə edir: “Elə vergiödəyiciləri var ki, onlar vergi qanunvericiliyinin tələblərini lazımi səviyyədə bilmir, yaxud yeniliklərdən xəbərsizdirlər. Belə hallarda biz özümüz həmin vergiödəyicilərinə ünvanlı xidmət göstəririk ki, onlar bizneslərini qanunun tələblərinə uyğun qura və inkişaf etdirə bilsinlər”.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Kişmişi idxaldan ixrac məhsuluna çevirməliyik
22.08.2019
“KOB Dostu” Xəzər rayonunda da sahibkarlara xidmət göstərəcək
22.08.2019
Əli Əhmədov: Hökumət süni qiymət artımına yol verilməməsi üçün lazımi tədbirlər görür
22.08.2019
Yunəyirici-Boyaq Fabriki son illərin ən irihəcmli iqtisadi layihələrindən biridir
22.08.2019
Əli Həsənov: Maraqlı dairələr Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info