AMEA-nın Yüksək Texnologiyalar Parkında zirehli jiletlər və aksesuarlar istehsal olunacaq
Tarix: 12.02.2019 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti “Buta Armor” şirkəti tərəfindən zirehli jiletlərin və aksesuarların istehsalı ilə əlaqədar müzakirələr aparılıb. AMEA-dan bildirilib ki, YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov 2018-ci il oktyabrın 22-də Nazirlər Kabineti tərəfindən “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-yə zirehli jiletlərin və aksesuarların istehsalı ilə məşğul olmağa xüsusi icazə verildiyini bildirib.
İclasda məlumat verilib ki, istehsal sahəsinin və ofis binasının eskiz layihəsi, habelə şəhərsalma və tikintiyə dair normativ sənədlər sisteminə daxil olan ərazi planlaşdırılması, eləcə də şəhərsalma əsaslandırılması Fövqəladə Hallar Nazirliyinın Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanıb. Sənədlər toplusu Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmaqla Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qısa müddətdə təsdiqlənib. Beləliklə, istehsal sahəsinin inşası prosesi ilə bağlı bütün təşkilati işlər tamamlanıb.
Bu, AMEA alimlərinin respublikanın hərbi və müdafiə qüdrətinin yüksəldilməsinə yönələn davamlı töhfələrindəndir. Burada istehsal olunacaq zirehli jiletlər qoruma keyfiyyətinə görə dünyada üçüncü, Avropada isə birinci yerdədir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.02.2020
Tələbələr Bakı Gəmiqayırma Zavodunda təcrübəyə başlayıblar
18.02.2020
Azərbaycanda könüllülük fəaliyyətinin tarixinə həsr olunan sənədli film və fotosərgi hazırlanır
18.02.2020
BDU tələbələri “AzerGold”-da təcrübə keçəcəklər
18.02.2020
Baş prokurorun birinci müavini Goranboy və Xocalı sakinlərini qəbul edəcək
17.02.2020
Dərsliklərin və təhsil sənədlərinin hazırlanması üçün tender elan edildi

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11452

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Sarayın ləzzətləri: mutancana
3 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
4 Ermənistandakı siyasi xaos - ​İkiüzlülərin görmək istəmədiyi həqiqətlər
5 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info