“Türk Hava Yolları” təhlükəsizlik üzrə yeni təlimat videosu hazırlayıb
Tarix: 12.02.2019 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


"Türk Hava Yolları" aviaşirkəti “The LEGO Movie” media-franşiza ilə əməkdaşlıq çərçivəsində yeni animasiya çarxını – təyyarənin göyərtəsində təhlükəsizlik üzrə təlimat vidosunu təqdim edir. Yeni videoda “LEGO”nun son animasiyasının qəhrəmanları yer alıb.
“Türk Hava Yolları” aviaşirkəti “The LEGO Movie” ilə birgə tarixdə ilk dəfə olaraq sərnişinlərin təhlükəsizliyinə dair birinci videonu hələ 2018-ci ilin avqust ayında təqdim etmişdir. Cəmi bir ay ərzində video 20 milyon dəfədən çox izlənilib və “2018 Clio Entertainment” müsabiqəsinin qızıl mükafatına layiq görülüb.
“LEGO” qəhrəmanlarının yer aldığı təhlükəsizlik üzrə ikinci video bu ilin martın 1-dən etibarən aviaşirlətin bütün reyslərində nümayiş olunacaq. Animasiyadan başqa, yeni təlimat videosu “Türk Hava Yolları”nın 306 ən maraqlı və məşhur istiqamətlərinin bəzilərini canlandıraraq göstərir. Video Bali, Moskva, San-Fransisko, Roma, Keyptaun, Honkonq və Tokiyo kimi yerlərə səyahəti əhatə edir və İstanbul Yeni Hava Limanında başa çatır. “Dünyada ən gənc parklardan birinə sahib olan “Türk Hava Yolları” özünün çoxillik təcrübəsinə əsaslanır. Bizim üçün təkrarolunmaz təcrübə olan İstanbul Yeni Hava Limanına köçmək ərəfəsində sərnişinlərimizə təhlükəsizlik üzrə yeni video-çarxı təqdim etməkdən məmnunuq”, - deyə “Türk Hava Yolları”nın İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri İlker Aycı bildirib. “The LEGO Movie 2” təhlükəsizlik üzrə təlimat videosunun hazırlıq prosesi Türkiyə, ABŞ, Böyük Britaniya, Kanada və Avstraliya kimi ölkələrdə 4 ay müddətində 979 saat davam edib. Yaradıcılıq prosesinə 400-dən çox insan cəlb edilib, çəkiliş qrupunda 80-dən artıq, animatorlar komandasında isə 70-ə yaxın insan çalışıb.
Qeyd edək ki, “Türk Hava Yolları”nın aviaparkında yerləşən 28 müxtəlif növ təyyarənin təhlükəsizlik detallarını əhatə etmək məqsədilə təhlükəsizlik üzrə yeni vedio-çarxın ingilis və türk dillərində 11 versiyası hazırlanıb.
“Türk Hava Yolları”nın təhlükəsizlik üzrə yeni videosuna bu link vasitəsilə baxmaq mümkündür: https://youtu.be/MqbFPn_FwaE.




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
“Azərxalça”nın Qazax, Tovuz və Şəmkir filiallarının xalçaları qəbul edilib
18.06.2019
Şamaxıda müharibə veteranlarının və əlillərin toplantısı olub
18.06.2019
IDEA ilə Ümumdünya Turizm Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb
18.06.2019
“Diplomatiya Akademiyası” layihəsi çərçivəsində ilk görüş keçirilib
18.06.2019
Azərbaycan xalçaçılıq sənəti gənclər arasında təbliğ edilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info