Özünüməşğulluq proqramının əhatə dairəsi 6,5 dəfə genişlənib
Tarix: 12.02.2019 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


Son bir ildə bu proqrama 7,3 minədək ailə cəlb edilib


Azərbaycanda dayanıqlı sosial-iqtisadi inkişaf əhalinin gəlirlərinin, o cümlədən həssas qruplara yönələn sosial ödənişlərin artırılması istiqamətində ardıcıl şəkildə mühüm addımların atılması ilə müşahidə olunur. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli Dünya Bankının Azərbaycanda rifah və rifahın paylanması ilə əlaqədar təhlil üzrə missiyası ilə görüşdə vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosialyönümlü siyasətinin nailiyyətlərini diqqətə çatdıran M.Kərimli respublikada iqtisadi artımla bərabər, rifah səviyyəsinin yaxşılaşdırılmasına xidmət edən məqsədyönlü dövlət proqramları nəticəsində ölkədə yoxsulluq və işsizliyin kəskin şəkildə azaldıldığını vurğulayıb. O, ölkədə etibarlı sosial müdafiə sisteminin qurulduğunu, yeni iş yerlərinin yaradılmasının daimi xarakter aldığını, sosial müdafiə siyasətində passiv tədbirlərdən aktiv tədbirlərə keçildiyini deyib.
Əhalinin gəlirlərinin və rifahının artırılmasının Azərbaycan dövlətinin əsas məqsədlərindən olduğunu deyən nazir müavini bu istiqamətdə atılan mühüm addımların davam etdiyini diqqətə çatdırıb. M.Kərimli buna misal olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu il sosial sahə ilə bağlı bir sıra fərman və sərəncamlar imzaladığını qeyd edib. O bildirib ki, bu sənədlər birdəfəlik ödəmə verilən şəhid vərəsələrinin əhatə dairəsinin genişlənməsinə, həssas qruplar üçün dövlət büdcəsi hesabına mənzil tikintisinin güclənməsinə, şəhid ailələrinə ödənilən Prezident təqaüdlərinin, 1,3 milyon nəfəri əhatə edən pensiyaçıların 94 faizinin pensiyasının, 600 mindən çox işçinin əmək haqqının artımına imkan verib. M.Kərimli aztəminatlı ailələrin dövlətin sosial yardım proqramı ilə əhatə olunduqlarını, bununla bərabər bu kateqoriyadan olan ailələrin kiçik biznesə çıxışına imkan verən özünüməşğulluq proqramının əhatə dairəsinin 6,5 dəfə genişləndiyini, son bir ildə bu proqrama 7,3 minədək ailənin cəlb edildiyini deyib.
Dünya Bankı ilə ötən dövrdə uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını qeyd edən nazir müavini Azərbaycanda rifah və rifahın paylanması ilə bağlı təhlil üzrə missiyanın iqtisadi və sosial rifahın monitorinqi sahəsində fəaliyyətinin önəmini qeyd edib. O, aparılan araşdırmanın nəticələrinin müvafiq siyasi və praktik iş müstəvisində nəzərə alınacağını deyib.
Missiyanın üzvləri ölkəmizdə aparılan siyasətdə rifah amilinin ön planda saxlanmasının, sosial ödənişlərin artırılmasının, ümumən əhali gəlirlərinin artımına yönələn tədbirlərin təqdirəlayiq olduğunu bildiriblər.
Görüşdə missiyanın Azərbaycanda rifah və rifahın paylanması ilə əlaqədar araşdırmalarının nəticələri müzakirə olunub, yoxsulluğun qiymətləndirilməsi metodologiyasının təkmilləşdirilməsinə, ölkəmizdə sosial sahədə aparılan islahatlara dair fikir mübadiləsi aparılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
28.02.2020
“ASAN Həyat” Bahar Festivalı keçiriləcək
28.02.2020
Paytaxtın uşaq bağçalarına qəbulda yenilik
28.02.2020
Şamaxıda tikinti-quraşdırma işlərinin həcmi 47,1 faiz artıb
27.02.2020
Növbəti “DOST xonçası” kampaniyasına start verildi
26.02.2020
“Azərsun Holdinq” Xocalı soyqırımı qurbanlarını silsilə tədbirlərlə anıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11458

1 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
2 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
3 Çin xəstəxanalarından 36117 pasiyent yeni növ koronavirusdan sağalaraq evə buraxılıb
4 Hakan Şükür: “Peşmanam” – Video
5 Avar Xəngəli – beləsini hələ görməmişdiniz-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info