“EcoArt” layihəsi başlayıb
Tarix: 12.02.2019 | Saat: 17:58:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyilə XI qrant müsabiqəsinin qalibi Aytac Məmmədovanın “EcoArt” adlı fərdi layihəsi başlayıb. Həmçinin layihənin təşkilati tərəfdaşı qismində “İrəli” İctimai Birliyi çıxış edir.
Layihənin əsas məqsədi dünyada və Azərbaycanda aktual ekoloji problemlərdən olan tullantıların törətdiyi fəsadlara cəmiyyətin diqqətini cəlb etmək, ekoloji incənətlə bağlı gəncləri maarifləndirməq, plastik və kağız tullantılardan yararlı istifadə etmənin mümkün yollarını gənclərə aşılamaq və oriqami incəsənətini gənclər arasında təbliğ etməkdir.
Layihənin ilk günündə “Plastik və kağız tullantıların təbiətə vurduğu fəsadlar və bu fəsadların törədilməsində insan amili” və “Ekoloji incəsənətin ekoloji problemlərin həllində rolu və dünya təcrübəsində istifadə olunan ekoloji incəsənət metodları” mövzularında təlimlər keçirilib. Günün ikinci hissəsində iştirakçılar arasında ekoloji mözvuda oyunlar baş tutub. Layihənin 2-ci günündə ilkin olaraq oriqami incəsənəti mövzusunda layihə iştirakçılarına məlumat verilib və daha sonra iştirakçılar komandalara bölünərək oriqamilər hazırlayıblar. Qeyd edək ki, “EcoArt” layihəsində 4 gün ərzində iştirakçılar həm nəzəri şəkildə plastik və kağız tullantıların ekologiyaya vurduğu fəsadlarla bağlı maariflənəcək, həm də praktiki olaraq ekoloji incəsənət vasitəsilə problemin həll yolları ilə tanış olacaqlar.





 
Bölməyə aid digər xəbərlər
23.10.2019
KİVDF-yə gələn il üçün 4 milyon manatdan artıq vəsait ayrılacaq
23.10.2019
“Uber Azerbaijan”da kartla ödəmək daha sərfəli oldu
23.10.2019
Narkomaniyanın cəmiyyətə və insanların sağlamlığına zərərli təsirləri
23.10.2019
ADDA-ya yüksək balla qəbul olmuş 42 tələbəyə ASCO-nun vəsaiti hesabına əlavə təqaüd veriləcək
23.10.2019
Nazirlər Kabinetinin İşlər müdiri və Baş Nazirin köməkçisi təyin olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
3 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info