Ölkəmiz “Rəqəmli Bazarların Harmonizasiyası” üzrə beynəlxalq tədbirdə təmsil olunub
Tarix: 12.02.2019 | Saat: 18:09:00 | E-mail | Çapa göndər


Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Brüsseldə Platforma 2 “İqtisadi inkişaf və bazar imkanları” adlı “Rəqəmli Bazarların Harmonizasiyası” üzrə 4-cü panel keçirilib. İclasda yeni istifadəyə verilmiş “EU4Digital” layihəsi müzakirə edilib və “EU4Digital Networks” koordinatorları görülən işlər, eləcə də, gələcək planlar barədə məlumat verib. Tədbirdə ölkəmizi təmsil edən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçilik və İnformasiya Cəmiyyətinin İnnovativ İnkişafı şöbəsinin müdiri Rəşad Əzizov çıxışında dövlət siyasətinin bir hissəsi kimi, Azərbaycanda xidmət sektorlarında rəqəmsallaşdırmanın səviyyəsinin yüksəldilməsi üçün bir çox işlər görüldüyünü diqqətə çatdırıb. O bildirib ki, cəmiyyət, sahibkarlar və dövlət qurumları arasında koordinasiyanın təmin edilməsi, bu münasibətlər əsasında ictimai xidmətlərin çeşidinin, keyfiyyətinin və əhatə dairəsinin genişləndirilməsi, həmçinin nağdsız ödəmə mühitinin təkmilləşdirilməsi, elektron hökumətin formalaşdırılması üçün yeni ideyaların dəstəklənməsi, "elektron imza", həmçinin, telekommunikasiya infrastrukturunun inkişafı istiqamətində islahatlar aparılır.
R.Əzizov, həmçinin qeyd edib ki, Azərbaycanda rəqəmli iqtisadiyyata keçid qeyri-neft sektorunda istehsal olunan əlavə dəyərin artırılmasını nəzərdə tutur. Bunun üçün hesablama infrastrukturu və insan resurslarının inkişafı diqqət mərkəzindədir. Bu baxımdan nazirliyin son üç ildə fəaliyyəti və islahatları İKT ekosisteminin inkişafına yönəlib. Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Regional İnnovativ Texnologiyalar Akademiyasının rəhbər şəxsləri də iştirak edib. İclas müxtəlif panellər üzrə müzakirələrlə öz işini davam etdirib. Şərq Tərəfdaşlığı ölkələrində rəqəmli iqtisadiyyat və vətəndaş cəmiyyəti göstəricisi (DESI) üzrə tədqiqatın yekun nəticələri və tövsiyələri təqdim edilərək müzakirələr aparılıb.
Şərq Tərəfdaşlığı ölkələrində kibertəhlükələrə qarşı dayanıqlılıq üzrə yeni regional proqram, Şərq Tərəfdaşlığı ölkələrində regional rouminq sazişi istiqamətində yol xəritəsi ətrafında da fikir mübadiləsi aparılıb.
Bundan başqa, rəqəmli iqtisadiyyat üzrə 3-cü Şərq Tərəfdaşlığı ölkələrinin nazirləri səviyyəsində toplantının bəyannamə layihəsi müzakirəyə çıxarılıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Kişmişi idxaldan ixrac məhsuluna çevirməliyik
22.08.2019
“KOB Dostu” Xəzər rayonunda da sahibkarlara xidmət göstərəcək
22.08.2019
Əli Əhmədov: Hökumət süni qiymət artımına yol verilməməsi üçün lazımi tədbirlər görür
22.08.2019
Yunəyirici-Boyaq Fabriki son illərin ən irihəcmli iqtisadi layihələrindən biridir
22.08.2019
Əli Həsənov: Maraqlı dairələr Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info