İqtisadiyyat naziri Rene Van der Linden ilə görüşüb
Tarix: 12.02.2019 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


Ötən il Niderlanddan Azərbaycana gələn turistlərin sayı 26,6 faiz artıb

İqtisadiyyat naziri Şahin Mustafayev Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının fəxri sədri, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Linden ilə görüşüb.
Rene Van der Lindenin Azərbaycan-Niderland əlaqələrinin inkişafına töhfələr verdiyini vurğulayan İqtisadiyyat naziri Şahin Mustafayev ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrindəki xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif edildiyini xatırladıb. Azərbaycan-Niderland iqtisadi-ticarət əlaqələrinin genişləndiyini diqqətə çatdıran nazir Şahin Mustafayev qarşılıqlı səfərlərin mühüm əhəmiyyətini vurğulayıb.
Görüşdə ölkələrimizin kənd təsərrüfatı, sənaye, kimya, ekologiya və s. sahələrdə əməkdaşlıq etdiyi, ötən il ticarət dövriyyəsinin artdığı, iqtisadi əlaqələrin genişlənməsində biznes forumların, işgüzar görüşlərin rolu qeyd edilib. Diqqətə çatdırılıb ki, Azərbaycanda xidmət, tikinti, nəqliyyat, sənaye, ticarət, rabitə, bank və sığorta sahələrində 130-a yaxın Niderland şirkəti qeydiyyatdan keçib. Ötən il istifadəyə verilmiş Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Baş Planı və ümumi layihəsi Niderlandın “Royal Haskoning” şirkəti tərəfindən hazırlanıb, Niderland şirkətləri ilə Abşeronda göllərin, o cümlədən, Böyükşor gölünün bərpası sahəsində əməkdaşlıq edilib. Azərbaycanın artan tranzit imkanları, bu sahədə reallaşdırılan mühüm layihələr - Şimal-Cənub, Şərq-Qərb dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Beynəlxalq Dəniz Ticarət Limanı, beynəlxalq hava limanları tranzit-logistika əməkdaşlığının inkişafı üçün geniş imkanlar yaradır.
Azərbaycanda viza rejiminin sadələşdirilməsi və elektron vizanın tətbiqi ölkəyə gələn turistlərin sayını daha da artırıb. Təkcə ötən il Niderlanddan Azərbaycana gələn turistlərin sayı 2017-ci ilə nisbətən 26,6% artıb.
Şahin Mustafayev Azərbaycan-Niderland əlaqələr iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, təhsil sahəsini də əhatə etdiyini qeyd edib, “ADA” Universiteti və Maastrixt İdarəetmə Məktəbi arasında səmərəli əməkdaşlığı vurğulayıb, Maastrixt Universitetində azərbaycanlı tələbələrin təhsil aldığını diqqətə çatdırıb.
İqtisadiyyat naziri Sumqayıt Kimya Sənaye Parkında yaradılan Peşə Təhsili Mərkəzinə Niderlandın Maastrixt İdarəetmə Məktəbi də cəlb oluna, Niderland şirkətləri ölkəmizdə yaradılan sənaye parklarında layihələrin icrasında iştirak edə bilərlər. Şahin Mustafayev ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi potensialını, bir sıra sahələrdə təcrübə mübadiləsinin faydalı olacağını vurğulayıb, növbəti Azərbaycan-Niderland biznes-forumunun bu il Azərbaycanda keçirilməsini təklif edib.
Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının fəxri sədri, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Linden Maastrixt İdarəetmə Məktəbinin proqramının “ADA” Universitetində tətbiqinin ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın inkişafına müsbət töhfəsini vurğulayıb. SKSP nümayəndələrinin də Niderlandın “Kemelot” sənaye parkında olduğunu qeyd edən Rene Van der Linden Azərbaycan şirkətlərinin “Kemelot”da fəaliyyəti üçün imkanlarını diqqətə çatdırıb. Rene Van der Linden qeyd edib ki, ölkəsi Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinə, Ələtdə azad ticarət zonası tipli xüsusi iqtisadi zona layihəsinə, alternativ enerji mənbələri, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığa, eləcə də mövcud əlaqələrin genişlənməsinə maraq göstərir. Görüşdə Azərbaycan-Niderland iqtisadi əlaqələrinin genişləndirilməsi, qarşılıqlı maraq doğuran digər məslələrlə bağlı fikir mübadiləsi aparılıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
26.01.2020
İtaliyanın iş adamları Azərbaycana gələcək
26.01.2020
İpoteka və Kredit Zəmanət Fondu vətəndaşlara müraciət etdi
26.01.2020
Azərbaycan dövlət büdcəsinin hansı sahələrə xərcləndiyi açıqlanıb
26.01.2020
Rəşt-Astara dəmir yolu İran ilə Azərbaycanın idxal-ixrac əməliyyatlarının həcmini artıracaq
25.01.2020
Bakı-Tbilisi-Qars dəmir yolu ilə Azərbaycan karbamidi növbəti dəfə Türkiyəyə nəql edilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
2 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
3 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
4 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
5 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info