SOCAR qocaman neftçini 90 illik yubileyi münasibətilə təbrik edib
Tarix: 12.02.2019 | Saat: 18:22:00 | E-mail | Çapa göndər


Bu günlərdə 90 yaşı tamam olan qocaman neftçi, kimyaçı alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Ağasiyev Riza-Kulu Abdul Kasım oğlunun yubileyi münasibətilə Dövlət Neft Şirkətinin vitse-prezidenti David Məmmədov və şirkət rəhbərliyinin nümayəndələri yubilyarı evində ziyarət edib, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin və çoxminli neftçilər ailəsinin təbriklərini çatdırıb.
Şirkətdən bildirilib ki, qocaman neftçi son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında neft, neft-kimya sənayesinin inkişafı istiqamətində görülmüş işlərdən bəhs edib, ona göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib.
R.Ağasiyev o vaxtkı Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra ömrünü neft emalı və kimya sənayesi ilə bağlayıb. Əmək fəaliyyətinə neft emalı zavodunda operator vəzifəsində başlayıb, Sumqayıt Kimya Kombinatının direktoru vəzifəsinədək yüksəlib. İyirmi beş il Neftayırma və neft kimyası müəssisələrinin layihələndirilməsi İnstitutunun direktoru olan R.Ağasiyev Bakıdakı neft emalı zavodlarının yenidən qurulması ilə yanaşı, Volqoqrad, Fərqanə, Türkmənbaşı, Çimkənd və sair şəhərlərdə yeni neftayırma zavodlarının layihələndirilməsi və istismarı prosesində yaxından iştirak edib. R.Ağasiyevin əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib, “Şöhrət”, Azərbaycanın Əməkdar səmərələşdiricisi fəxri adına və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Sabah hava necə olacaq?
16.02.2019
Prezident İlham Əliyev Siyavuş Novruzovu “Şöhrət“ ordeni ilə təltif edib
15.02.2019
“Toplan” sahibsiz itlərə qayğı mərkəzinin növbəti hissəsinin təməli qoyulub
15.02.2019
Əli Həsənov: “Düşmənçilik toxumu səpmək istəyən qüvvələr öz çirkin niyyətlərinə çatmayacaqlar”
15.02.2019
AQTA sahibkarlara müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info