“Ermənistanın əsl məqsədi regionda dayanıqlı sülhün təmin edilməsi deyil...”
Tarix: 12.02.2019 | Saat: 20:32:00 | E-mail | Çapa göndər


Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar son dövrlərdə qismən nikbin ab-havanın yaranmasına baxmayaraq, Ermənistan tərəfindən müxtəlif rəsmi səviyyələrdə verilən bəyanatlar bu ölkənin sülhün əleyhinə olduğunu nümayiş etdirir. Növbəti belə bir bəyanatla Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan “Sputnik Armenia”ya verdiyi müsahibəsində çıxış edib. Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AZƏRTAC–a müsahibə verib. O deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin intensiv və nəticəyönümlü danışıqlar yolu ilə həlli üçün Azərbaycanın beynəlxalq ictimaiyyətlə birlikdə atdığı konstruktiv addımlarına baxmayaraq, son dövrlərdə Ermənistan tərəfindən müxtəlif rəsmi səviyyələrdə verilən açıqlamalar heç bir halda danışıqlar prosesinin irəli aparılmasına xidmət etmir: “Ermənistan baş nazirinin mətbuat katibinin və digər Ermənistan rəsmilərinin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndələrinin danışıqlarda iştirakı barədə iddiaları danışıqlar prosesini iflic etmək cəhdlərindən başqa bir şey deyil.
Sülh ifadəsinə qarşı çıxış etmək Ermənistanın “münaqişənin məxsusi olaraq sülh yolu ilə həll edilməsi” barədə açıqlamalarının yalnız deklarativ xarakter daşıdığını, Ermənistan əsl məqsədinin regionda dayanıqlı sülhün təmin edilməsi deyil, hərbi işğala əsaslanan status-kvonu saxlamaq olduğunu açıq şəkildə nümayiş etdirir.
Ermənistan baş nazirinin mətbuat katibi bir məqamı düzgün qeyd edir ki, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Azərbaycan Respublikasının Dağlıq Qarabağda yaşayan erməni əsilli vətəndaşları ilə dialoq və təmaslarına maneə olan hal isə Ermənistanın işğalçılıq siyasəti və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğudur. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının çağırışlarına baxmayaraq, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında belə dialoqun yaranmasına və sülh şəraitində gələcək birgəyaşayışın müzakirə edilməsinə imkan vermir. Ona görə də ilkin və ən vacib addım kimi, BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinin tələblərinə uyğun olaraq Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır.
Sülhün əleyhinə çıxış etmək və aqressiv ritorika ilə danışıqlar prosesini pozmaq əvəzinə, Ermənistan rəhbərliyi öz xalqını sülhə və qonşu dövlətlərlə mehriban münasibətlərə hazırlamalıdır”.
Hikmət Hacıyev bildirib ki, iqtisadiyyatın öz qanunları var və iqtisadiyyat inqilabı şüarlar deyil, orta və uzunmüddətli baxışa əsaslanan ardıcıl və planlı iş tələb edir: “Münaqişə həll edilmədən Ermənistanda hər hansı iqtisadi sıçrayışın əldə edilməsini iddia etmək utopiyadır.
Avropa İttifaqının sifarişi ilə hazırlanan sözügedən hesabatla tanışıq və orada əks olunan bəzi tezisləri bölüşürük. Əslində Azərbaycan Respublikası həmişə bunu bəyan edirdi ki, münaqişənin həlli regional əməkdaşlığa və çiçəklənməyə xidmət edəcək və bundan da, ilk növbədə, Ermənistan əhalisi faydalana biləcək. Başqa sözlə desək, iqtisadi praqmatizm münaqişənin həllində təsir göstərə biləcək vacib amillərdən biridir.
Hərbi işğalı davam etdirmək Ermənistanın siyasi, iqtisadi və demoqrafik resurslarını tükətməklə yanaşı, kiçik daxili bazara malik olan Ermənistanı real regional əməkdaşlıq imkanlarından, investisiyalardan və dayanıqlı inkişafdan məhrum edir.
Hələ də ümidvar olmaq istərdik ki, Ermənistanın yeni rəhbərliyi Köçəryan-Sarkisyan kriminal xuntasının səhvlərini təkrar etməyəcək, siyasi və iqtisadi praqmatizm nümayiş etdirərək münaqişənin həlli istiqamətində ciddi addımlar atacaq, işğalçılıq siyasətinə son qoyaraq regional sülh və çiçəklənmə yolunu seçəcək”.

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində müəyyən canlanma müşahidə olunmaqdadır”
Yeri gəlmişkən, Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin fevralın 12-də keçirilən plenar iclasında çıxış edərkən deyib ki, ötən ilin sonu və bu ilin əvvəlindən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində müəyyən canlanma müşahidə olunmaqdadır (Trend).
O qeyd edib ki, həm beynəlxalq təşkilatların, həmsədr ölkələrin, həm də Azərbaycan və Ermənistan rəhbərlərinin bəyanatlarında əksini tapan məqamlar müəyyən qədər ümidlənməyə, məsələnin ölü nöqtədən tərpənməsinə əsas verir, problemi həll etmək yolunda gücümüzün artması, bəzi dairələrin səylərini artırmaq cəhdləri barədə düşünməyə vadar edir.
B.Muradovanın sözlərinə görə, Azərbaycan dövlətinin öz vətəndaşının yanında olması heç zaman şübhə doğurmayıb, bu, ardıcıl məqsədyönlü siyasətdir: “Hətta əksini söyləyənlər də bunu görür. Lakin onların məqsədləri gündəmi dəyişmək, bizi qarşımızda dayanan məqsədlərdən yayındırmaqdır. Ona görə də biz diqqətimizi əsas məqsədimizə yönəltməliyik. Bütün həmkarlarımızı beynəlxalq hüquq çərçivəsində, ikitərəfli və çoxtərəfli əsasda, Azərbaycanın artan iqtisadi və hərbi qüdrətinin qarşısında vahid məqsəd olan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin və danışıqlar prosesini irəliyə aparmağa çağırıram".
Vitse-spiker hesab edir ki, bütün məqamlarda məqsəd məhz bu olmalıdır: "Bizi bu niyyətdən yayındıran dairələrin cəhdlərinə qətiyyən uymamalı, məqsədimizi bu istiqamətə yönəltməliyik. Hesab edirəm ki, Azərbaycanın artan gücü bu dairələri narahat edən məsələləri gündəmə gətirməyə vadar edir".

“Xocalı soyqırımı XX əsrin ən böyük faciələrindən biridir”

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli isə Bunu SİA-ya açıqlamasında deyib ki, Xocalı soyqırımı XX əsrin ən böyük faciələrindən biridir: “Bu yaxın tarix olduğu üçün hər kəsin gözü önündə baş verib. Bu hadisəni törədənlərin, şahidlərin və o prosesi izləyənlərin əksəriyyəti həyatdadırlar və bu qətliamı öz gözləri ilə görüblər. Ona görə də ermənilər nə qədər hiyləgər olsalar da, nə qədər yalnış faktlar verməyə çalışsalar da bu faktı itirmək mümkün deyil. Çünki həmin hadisə dünyanın, tarixin gözü qarşısında baş verib. Azərbaycan dövləti də bu faciəni törədənlərin tanıdılması və onların layiqli cavablarını alması üçün bütün addımları atır. İlk öncə onu qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin zamanında parlament bu hadisəyə hüquqi və siyasi qiymətini verib, eləcə də faciəni törədənlərin dəqiq kimliyini göstərib".
Sədrin sözlərinə görə, hər kəs bilir ki, bu erməni vandalları tərəfindən baş vermiş insanlığa zidd olan hərəkətdir. Bundan sonra Azərbaycan dövləti bu faciənin beynəlxalq aləmdə tanıdılması və cinayətkarların cəzalandırılması üçün lazımi addımları atır: "Bunlardan biri faciənin dünya dövlətlərində, ictimaiyyətində tanıdılmasıdır. Təbii ki, bu sahədə də kifayət qədər uğurlu addımlar atılıb. Artıq dünyanın bir sıra ölkələri Xocalı hadisələrini soyqırım kimi qəbul ediblər və onu tanıyıblar. Eləcə də onu törədənlərin cəzalandırılması üçün bəyanatla çıxış ediblər. Bu o demək deyil ki, proses qapanıb. Xeyr, bu belə deyil. Proses davam edir. Azərbaycan dövləti yenə də bu hadisənin daha çox dövlət tərəfindən tanınması üçün əlavə addımlar atır. Ümid edirik ki, bu proses sonuna kimi davam edəcək. Amma burada diqqəti çəkən bir məqam var. Bu da bizim xaricdə olan diaspor təşkilatlarımızın və ümumiyyətlə, xaricdə yaşayan soydaşlarımızın məsələyə diqqətlə yanaşmasına bağlıdır. Bilirsiniz, bu elə bir məsələdir ki, bunun dünyaya tanıdılması üçün dövlət qurumları ilə yanaşı, həm də diaspor təşkilatları, KİV-lər bu sahədə ciddi fəaliyyət göstərməli və dəstək verməlidirlər”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
“Azərbaycanın işğal olunmuş ərazilərində terrorçu qruplaşmalar yaradılır”
16.04.2019
“Sülh danışıqları rəsmi İrəvan tərəfindən qəsdən yubadılır”
11.04.2019
Beynəlxalq təşkilatda Ermənistanın növbəti təxribatının qarşısı alınıb
09.04.2019
BMT qərargahında işğal edilmiş ərazilərimizdə beynəlxalq təşkilatların qeyri-qanuni iqtisadi fəaliyyətindən danışılıb
08.04.2019
“Ermənistan sülh istəyirsə, erməni əsgəri qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmalıdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


23.04 08:37
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info