Dövlətçilik əleyhinə olan kampaniyalara dəstək verənlər...
Tarix: 12.02.2019 | Saat: 20:52:00 | E-mail | Çapa göndər


Son vaxtlar “iaşə müxalifəti” və ənənəvi müxalifəti təmsil edən bəzi şəxslər arasında təhlükəli tendensiya müşahidə edilir. Belə ki, əvvəllər daha çox xırda sosial problemləri qabardıb, gecə-gündüz Avropa küçələrində video çəkib söyüş, təhqir dolu sözlərlə aksiyalar keçirənlər indi daha çox xain əməlləri ilə gündəmə gəlməyə çalışırlar. Əslində, Azərbaycanın ərazi bütövlüyünə, konstitusiyasına, milli maraqlarına qarşı çıxan bir qrup xain və satqınların dəstəklənməsi, bu satqın və agentləri daim himayə edən dövlətlərin öyülməsi , elə yalnız “iaşə müxalifəti”nə yaraşardı...
Məlum olduğu kimi, xaricdə yaşayan bir qrup anormal, siyasətə dəxli olmayan şəxslər var ki, onlar son illərdə yenidən fəallaşaraq Azərbaycanda separatizm meyillərini gücləndirməyə çalışırlar. Bu adamlar xaricdə siyasi mühacir adı altında min oyundan çıxan və özünü Azərbaycanda yaşayan milli azlıqların nümayəndəsi kimi təqdim edən agentura şəbəkəsinin üzvləri, xainlərdilər. Onların fəaliyyətləri, ölkəmizə qarşı apardıqları çirkin kampaniya və informasiya savaşının metodları haqqında çox danışmaq olar. Hətta Talış Muğan Mühacir Hökuməti adı altında şəbəkələşmə qurmağa çalışan bir qrup da var ki, bu qrupda olanların fəaliyyətini izlədikdə hansı ölkəyə agentlik etdiyi də aşkar görünür. Ümumiyyətlə, bu bir danılmaz faktdır ki, daim ölkəmizi içəridən dağıtmağa çalışan qüvvələrə xaricdən ciddi dəstəklər olub. Əsasən Qərb dövlətlərindən gələn bu dəstəklərə Ermənistan da müəyyən təşkilatlar və erməni lobbiləri vasitəsilə daim qoşulub... Təəssüf doğuran hal isə odur ki, bəzi hallarda belə anormal dəstəyi başqa qonşu ölkədən də görürük. Məsələn məlum Nardaran hadisələri zamanı Azərbaycana qarşı hansı ölkədən təhdidlərin gəlməsini yəqin ki, unutmamısınız. “Din xadimləri”ndən tutmuş, bəzi siyasət adamlarına qədər, dövlətçilik əleyhinə çıxan, Azərbaycanda dini dövlətin yaradılmasını təbliğ edən Tale Bağırzadə adlı şəxsin cinayət əməllərindən sonra həbsə atılmasına da min cür don geyindirənlər oldu. İndinin özündə belə, onu az qala “Çe Gevara” kimi qələmə verirlər. Bəs “iaşə müxalifəti” , Bağırzadələr, Əlikramlar üzərindən qurulan siyasətdə məqsədin bu qədər üzdə olduğunu gördüyü halda, bu məsələdə onları müdafiə etmələrində maraq nədir axı? Görünən odur ki, müxalifətin həmin ölkələrlə üst-üstə düşən maraqları çoxdur... İndi tez-tez söyüşcül dəstənin dilindən Tale Bağırzadənin müdafiəsinə hesablanmış fikirlər də eşitmək olur. Hətta Leyla Yunus belə, bu günlərdə Tale Bağırzadə haqqında xoş fikirlər səsləndirib, onu qəhrəman kimi təqdim edib. Bu hər zaman belə olub. Kimlər ki, ölkədə xaos yaratmağa qalxıb, dövlətə, dövlətçiliyə, milli maraqlara qarşı çıxıb, müxalifət daim ondan qəhrəman düzəldib.
Hətta özlərini “Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı” adlı qondarma bir təşkilatın lideri kimi qələmə verən və Azərbaycan Respublikasının Konstitusiyasının dəyişdirilərək “şəriət dövləti” kimi elan edilməsi təşəbbüslərini gizlətməyənlər də var. Doğrudan da, sanki bir-biriləri ilə əlaqəli şəkildə fəaliyyət göstərən siyasi mühacirlər, separatizmi təbliğ edən Vətən xainləri, ənənəvi müxalifət nümayəndələri bu gün elə bir xətt götürüblər ki, bu yolla da var gücləri ilə Azərbaycana zərbə vurmağa çalışırlar. Bir neçə gün öncə, hətta bir qrup müxalifətçinin canlı bağlantı ilə ordumuz əleyhinə olan veriliş hazırlaması bu proseslərin kulminasiyası oldu. Doğrudan da ordumuz qürur yerimiz, xalqın inam, etibar mənbəyidir. Belə bir sahəni, özü də son zamanlar xeyli inkişaf və güclənmənin müşahidə edildiyi bir sahəni hədəf seçmək, şər, böhtan kampaniyasına qatmaq ikrah hissi yaradır...
Şübhəsiz ki, bu cür addımlar Ermənistan və erməni lobbisinin də ürəyincədir və belə kampaniyalar onların diqqətini çəkməyə bilməz. Bu mənada, ermənilərin müəyyən “demokratiya təşkilatları” adı altında həmin xainlərə qrant yardımlarını təşkil etmələri də asanlaşır... Eyni iyrənc kampaniyanı-ordumuz əleyhinə olan təbliğatları sosial şəbəkələrdə Talış-Muğan Mühacir Hökuməti adlı, agentura şəbəkəsinin yaratdığı anormal qrup da aparır.
Sadəcə olaraq, bütün bu proseslər güclənən, qüdrətli Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun fonunda baş verir ki, bu da bəzi qüvvələri narahat edir. Ona görə də həmin qüvvələr ictimai şüura təsir etmək üçün sosial şəbəkələrdə daha aktiv fəaliyyətə keçiblər. İnsanların beynini zəhərləməyə çalışan bu qruplar milli azlıqları da öz tərəflərinə çəkməyə cəhd edir, bununla da, ölkədə xaos yaratmağa çalışırlar. Həm Qərb dövlətləri, həm də Ermənistanın gizlin və aşkar dəstəkləri ilə bir neçə istiqamətdən Azərbaycanın üzərinə gələn bu azğın dəstələrin cavabı isə heç şübhəsiz ki, veriləcək və verilir də. Xalq da bu cür fəaliyyətləri nifrətlə izləyir, “iaşə müxalifəti”nin, daxildə olan bəzi şəxslərin, eləcə də, ölkədən qaçaraq agentura şəbəkəsi yaradanların hansı məzhəbə qulluq etdiyini gözəl görür.
Bu cür siyasi oyunlar, kampaniya və xain planlar yalnız o cəmiyyətlərdə, o ölkələrdə keçərlidir ki, orada xalq hakimiyyəti, dövləti dəstəkləməsin. İndiki halda isə Ermənistan və separatçılığı dəstəkləyən digər dövlətlərlə bir olanlar yalnız qrantlarını alıb qışqır-bağır salacaqlar. Belə xain kampaniyaların heç bir effekti olmayacaq!
Tural




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Bürokratik əngəllər aradan qaldırılmalı, biznes qurmaq istəyənin qarşısında süni əngəllər qoyulmamalıdır
23.04.2019
Müxalifət ölkəmizdə keçirilən beynəlxalq yarışlara niyə qərəzli yanaşır?
23.04.2019
Birinci vitse-prezidentin köməkçisi: Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən iri ticarət tərəfdaşıdır
23.04.2019
Azərbaycanla Avropa İttifaqı arasında saziş mayın 13-də imzalana bilər
23.04.2019
Azərbaycanın Formula 1 yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info