“Şirkətlər əksər vaxtlar benefisiarların adını açıqlamaq istəmir”
Tarix: 13.02.2019 | Saat: 12:31:00 | E-mail | Çapa göndər


“Azərbaycanda şirkətlər əksər vaxtlarda benefisiarların adını açıqlamaq istəmir, amma zaman keçdikcə bu cür problemlər olmayacaq”. Bunu vergilər nazirinin müavini Sahib Ələkbərov Bakıda Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiya, Asiya İnkişaf Bankı və “Azərbaycanın hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanması üzrə Yol Xəritəsinin tətbiqinə dəstək” layihəsini icra edən yerli və xarici məsləhətçilərin birgə təşkilatçılığı ilə layihə üzrə ilk plenar iclasda deyib. O bildirib ki, benefisiarlar barədə məlumatın açıqlanması çox vacibdir: “Azərbaycanda hamı üçün bərabər şərait yaradılıb və sağlam rəqabət mövcuddur, ona görə də benefisiarların adını və ya şirkətin dövriyyəsini gizlətməyin mənası yoxdur”. S.Ələkbərov vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən dövlət strukturları qarşısında qoyulan əsas tapşırıqlardan biri kölgə iqtisadiyyatının payının azaldılmasıdır və bu təşəbbüs iqtisadiyyatda şəffaflığın təmin olunmasına kömək edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2020
Azərbaycanın bayrağı bizim bayrağımız, şərəfi bizim şərəfimizdir
17.09.2020
Livanlı qaçqınların Dağlıq Qarabağa real axını barədə Rusiyanın təsdiqlənmiş məlumatı yoxdur
17.09.2020
Livandan ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi cinayətdir
16.09.2020
Ermənistan Livandan Qarabağa erməni ailələrini deyil, yaxşı təlim keçmiş silahlıları köçürür
16.09.2020
Azərbaycan heç vaxt imkan verməyəcək ki, bir qarış da torpağımız erməni işğalı altında qalsın

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
2 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
3 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
4 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
5 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info