Bakı Ali Neft Məktəbində “PMI Azərbaycan Sammiti 2019” keçiriləcək
Tarix: 13.02.2019 | Saat: 12:52:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) Layihələrin idarə olunması İnstitutunun (Project Management İnstitution - PMI) dəstəyilə PMI Azərbaycan Nümayəndəliyi tərəfindən “PMI Azərbaycan Sammiti” keçiriləcək. Sammitdə PMI Azərbaycanın fəaliyyət istiqamətləri, layihələri, dövlət və özəl sektorda Layihə idarəetməsində müasir metodların tətbiqi və perspektivləri mövzuları müzakirə olunacaq.
Azərbaycan rəsmi olaraq 4 may 2018-ci ildə Berlində PMI ilə imzalanmış müqaviləyə əsasən “PMI Azerbaijan Potential Chapter” statusunu əldə etmişdir.
Qeyd edək ki, Layihələrin idarə olunması İnstitutu (PMİ) 1969-cu ildə təsis edilmişdir. PMI layihələrin idarə edilməsinə aid məşhur “The Guide to the PMBOK (Project Management Body of Knowledge)” standartını işləyib hazırlamış və aktiv şəkildə tətbiq etməkdədir. PMI təxminən 4 ildə bir dəfə olmaqla öz PMBOK standartını yeniləyir. PMI artıq bir neçə onilliklər ərzində müxtəlif ölkələrdə layihə menecmentinin təbliği, genişləndirilməsi və inkişafı istiqamətində fəaliyyət göstərir. PMI layihə menecmenti standartlarını işləyib hazırlayır və bütün dünyada yerli bölmələrdə (Chapters) təlimlərin təşkil edilməsi yolu ilə mütəxəssislərin ixtisasını artırır. Hazırda PMI-nin dünyanın 200-dən çox ölkəsində 700000 yaxın üzvü vardır. Azərbaycanda 100-yə yaxın sertifikatlaşdırılmış peşəkar vardır. Onlar Layihə İdarəetmə İnstitutunun Azərbaycan bölməsinin potensial üzvləridir.






 
Bölməyə aid digər xəbərlər
23.09.2019
Müəllimlər üçün dil təkmilləşdirmə təlimləri keçiriləcək
23.09.2019
Ədəbiyyat İnstitutunda Hindistan günü keçirilib
23.09.2019
Ekspertlərdən distant təhsil çağırışı: “Təklif edirik ki, ölkəmiz bu prosesə ən qısa vaxt ərzində qoşulsun”
23.09.2019
Bakı Ali Neft Məktəbinin startapı ABŞ-ın məşhur biznes inkubasiya proqramına qəbul olunub
23.09.2019
İbtidai təhsildə test məsələsi IAEA 2019-da müzakirə ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info