Şərqşünaslıq İnstitutunda XVI-XVII əsrlər farsdilli ədəbiyyata aid kitab işıq üzü görüb
Tarix: 13.02.2019 | Saat: 13:02:00 | E-mail | Çapa göndər


AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda XVI-XVII əsrlər farsdilli ədəbiyyata aid kitab işıq üzü görüb. Rus dilində nəşr olunan “Персоязычная поэзия XVI-XVII веков” («XVI-XVII əsrlərdə farsdilli poeziya») adlı əsərin müəllifi Şərqşünaslıq İnstitutunun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Mehdi Kazımovdur. Şərqşünaslıq İnstitutunun
ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Vüqar Məmmədov “Palitra”ya bildirib ki, əsər farsdilli ədəbiyyatın tarixinin nisbətən az öyrənilmiş bir dövrünə həsr olunub. Burada XVI-XVII əsrlərdə farsdilli poeiziyanın bir sıra aspektləri nəzərdən keçirilir, o dövrün 9 nümayəndəsinin, o cümlədən Əbdi bəy Şirazi, Vəhşi Bafqi, Möhtəşəm Kaşani, Əbul-Feyz Feyzi, Ürfi Şirazi, Nəziri Nişapuri, Talib Amuli, Kəlim Kaşani və Saib Təbrizi yaradıcılığı tədqiq edilir. Əsərdə həmin şairlərin həyat yolu, ədəbi irsi izlənilir, onların poeziyasının ideya məzmun əsası, janr xüsusiyyətləri nəzərdən keçirilir. Birinci fəsildə ilk öncə araşdırılan dövrün İran və Hindistanda tarixi şəraiti və ədəbi mühiti təqdim edilir. İkinci fəsil isə qeyd olunan 9 şairin ayrı-ayrılıqda həyat və yaradıcılıq yoluna həsr edilib.

Anar




 
Bölməyə aid digər xəbərlər
30.09.2020
Təhsil Nazirliyində vətəndaşların qəbulu noyabrın 2-dək dayandırılıb
30.09.2020
Ali məktəblərin vakant yerlərinə və kolleclərə qəbul üçün ixtisas seçiminin müddəti uzadılıb
26.09.2020
Goranboyda yüksək bal toplayan tələbələrlə görüş keçirilib
25.09.2020
Təhsil Nazirliyi xaricdə təhsil alan vətəndaşlara müraciət edib
25.09.2020
Bu gündən ali məktəbə qəbul olan abituriyentlərin qeydiyyatına başlanılır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
3 Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi
4 Opera səhnəmizin “Nigar”ı
5 Xalqımızın halal haqqı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info