KOBİA-nın beynəlxalq əlaqələri genişlənir
Tarix: 13.02.2019 | Saat: 13:04:00 | E-mail | Çapa göndər


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Moskvada səfərdə olub. Agentlikdən bildirilib ki, səfər çərçivəsində KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov Rusiya Federasiyasının Moskva hökumətinin naziri – Moskva şəhərinin xarici iqtisadi və beynəlxalq əlaqələr departamentinin rəhbəri Sergey Çeryomin ilə görüşüb. Görüşdə tərəflər əməkdaşlığın inkişafında maraqlı olduqlarını qeyd edib, bu ilin birinci yarısında S.Çeryominin rəhbərliyi ilə nümayəndə heyətinin ölkəmizə nəzərdə tutulan səfəri çərçivəsində mümkün əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
“Opora Rossii” Kiçik və Orta Sahibkarlığın Ümumrusiya İctimai Təşkilatının vitse-prezidenti Nikolay Dunayev ilə keçirilən görüşdə kiçik və orta sahibkarlığın inkişafı sahəsində həmin təşkilatın təcrübəsinin KOBİA üçün maraqlı olduğu vurğulanıb, Azərbaycanla Rusiya arasında keçiriləcək forumlar çərçivəsində dəyirmi masaların təşkili müzakirə edilib, təşkilatın nümayəndələri ölkəmizə səfərə dəvət olunub.
Yaponiyanın Rusiya və MDB ölkələri ilə Ticarət Assosiasiyasının (ROTOBO) Moskva nümayəndəliyinin rəhbəri Saito Daisuke ilə görüşdə isə Azərbaycan ilə Yaponiya arasında kiçik və orta sahibkarlığın inkişafı sahəsində mümkün əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb, ölkəmizdə sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verilib.

Anar




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Azərbaycan və Türkiyə iqtisadi əməkdaşlığı Bakıda müzakirə edəcəklər
15.09.2019
Polşa-Azərbaycan ticarət əlaqələri artacaq
14.09.2019
Kiçik və orta biznes sektorunda müsbət dəyişikliklər müşahidə edilməkdədir
14.09.2019
Azərbaycan İordaniyaya bal ixrac edəcək
14.09.2019
Qazaxıstanla ticarət artacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info