“Azexport” portalı “Rəqəmsal ödənişlərin inkişafı” mövzusunda təlim keçirib
Tarix: 13.02.2019 | Saat: 13:07:00 | E-mail | Çapa göndər


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azexport.az” portalı və “VISA International”ın birgə təşkilatçılığı ilə “Rəqəmsal ödənişlərin inkişafı” mövzusunda təlim keçirilib. Mərkəzdən bildirilib ki, təlim mərkəzi ofisi Vaşinqtonda yerləşən “Visa School of Public Policy” (VSPP) institutunun ekspertləri tərəfindən aparılıb. İyirmi beşdən çox sahibkarlıq subyektinin nümayəndələrinin iştirak etdiyi təlimin keçirilməsində əsas məqsəd “VISA International”ın rəqəmsal və nağdsız ödənişlərin inkişafı istiqamətində dünyada tətbiq etdiyi yenilikləri Azərbaycan sahibkarları ilə də bölüşərək elektron ticarət dövriyyəsinin daha da sürətləndirilməsi üçün maarifləndirməni təmin etməkdir. Qeyd edək ki, “VISA International” və İİTKM arasında imzalanan əməkdaşlıq haqqında memorandum çərçivəsində xüsusi ilə iqtisadiyyatın rəqəmsallaşdırılması istiqamətində bir sıra birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bunlardan “Visa Touch” texnologiyasının tətbiqi, nəqliyyat və ticarət sistemində kontaktsız kartların tətbiqi o cümlədən “Apple Pay”, “Google Pay” və “Samsung Pay” platformalarının Azərbaycana gətirilməsini qeyd etmək olar. Təlimin sonunda iştirakçılara VSPP tərəfindən sertifikatlar təqdim edilib.

Anar




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
Orxan Məmmədov: Yaxın müddətdə KOB-lar üçün yeni dəstək mexanizmləri işə düşəcək
19.09.2019
Azranking.az portalının “Rəqəmsal Təqvim” elektron sistemi istifadəyə verilib
19.09.2019
Azərbaycan-Çin ticarət dövriyyəsi 1,3 milyard dollara çatıb
19.09.2019
Nazir: “TANAP-la indiyədək 2,5 milyard kubmetrdən çox təbii qaz göndərilib”
19.09.2019
Xələf Xələfov: “Əsrin müqaviləsi” üzrə bugünkü nailiyyətlər Azərbaycan xalqının, dövlətinin maraqlarına xidmət edən nailiyyətlərdir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info