Diplomatik missiya rəhbərlərinin xanımlarının görüşü keçirilib
Tarix: 13.02.2019 | Saat: 13:22:00 | E-mail | Çapa göndər


Qazaxıstanın Azərbaycandakı səfirliyində ölkəmizdə akkreditə olunmuş “Səfirlərin və beynəlxalq təşkilatların rəhbərlərinin xanımlarının Beynəlxalq klubu” üzvlərinin görüşü keçirilib. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə elan edilən Gənclər ilinə həsr olunmuş tədbirin təşkilatçıları qismində Qazaxıstan ölkəmizdəki səfirliyi və “Nazarbayev Universiteti” muxtar təhsil qurumu çıxış ediblər.
Tədbirin gündəliyində duran əsas məsələ “Beynəlxalq klub”un üzvlərinə Qazaxıstanın təhsil sistemi, bu ölkənin təhsil müəssisələrinin dünya təhsil məkanına inteqrasiyası prosesi, həmçinin burada qazax və əcnəbi gənclərə yaradılan şərait və imkanlar haqqında məlumat verilməsi olub. Təqdimat 2010-cu ildə yaradılmış və hazırda təkcə Qazaxıstanda deyil, həm də Mərkəzi Asiya ölkələri arasında ali təhsilin flaqmanı olan “Nazarbayev Universiteti” ali təhsil qurumunun nümunəsi əsasında həyata keçirilib. Qazaxıstanın Azərbaycandakı səfirinin xanımı A.İgensartova görüş iştirakçılarına universitetin gələcəyə baxışı, əsas missiyası və strateji hədəfləri barədə məlumat verib. O qeyd edib ki, burada həyata keçirilən akademik və tədqiqat proqramları dünyanın aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq şəraitində işlənib hazırlanıb.
Təqdimatda o da qeyd olunub ki, Qazaxıstandan və dünyanın 18-dən çox ölkəsindən tələbələrin təhsil aldıqları universitetdə təhsil yalnız ingilis dilində aparılır, müəllim heyəti isə ən yaxşı dünya təcrübəsini tətbiq edən və bu ölkənin akademik mühitində peşəkar təcrübəni yayan 55 ölkədən gəlmiş pedaqoqlardan ibarətdir. Bundan başqa, universitetin tələbə kontingentinin, o cümlədən əcnəbi gənclərin sayının artırılması ilə bağlı siyasətindən bəhs edən A.İgensartova diqqətə çatdırıb ki, bu ali təhsil müəssisəsində təhsil qrantları, çevik qiymət endirimi sistemi və əcnəbi tələbələr üçün təqaüdlər mövcuddur. “Beynəlxalq klub” üzvlərinin görüşü çərçivəsində Qazaxıstan və “Nazarbayev Universiteti” haqqında videomateriallar göstərilib, təşkilatçılar sualları cavablandırıb və təbliğat-təşviqat materialları təqdim olunub.
Qazaxıstan təhsil sistemini müsbət qiymətləndirən “Beynəlxalq klub”un üzvləri və tədbirin qonaqları Nazarbayev Universiteti”nin ətraflı təqdimatına görə təşkilatçılara təşəkkürlərini bildirib və ali məktəblərə daxil olan əcnəbi tələbələrlə bağlı burada səslənən təkliflərlə yaxından maraqlanıblar.




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info