Qida təhlükəsizliyinin idarə edilməsinə həsr olunmuş təlimə start verilib
Tarix: 13.02.2019 | Saat: 13:27:00 | E-mail | Çapa göndər


Fevralın 13-də Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda İSO 22002-1:2009 və İSO 22000:2018 standartlarına uyğun olaraq qida təhlükəsizliyinin idarə edilməsinə həsr olunmuş təlimə start verilib.
Təlim qida təhlükəsizliyi sahəsində ixtisaslaşmış, Amerikada və Avropanın qabaqcıl ölkələrində təcrübə keçmiş beynəlxalq ekspertlər Xairullin Mars Faritoviç və Tim Ross tərəfindən keçirilir.
Təlimin məqsədi iştirakçılara ilkin fəaliyyət proqramları, beynəlxalq təcrübə, bu sahədə MDB və Avropa dövlətlərində qəbul edilmiş konsepsiyaların həyata keçirilməsi və dəstəklənməsi üsulları barədə məlumat verməkdir.
Tədbirdə Azərbaycanda bu sahə üzrə fəaliyyət göstərən aparıcı müəssisələrin, şirkətlərin nümayəndələri iştirak edir.
Təlimdə qarşılıqlı çirklənmənin qarşısını almaq üçün görülən işlər, binaların tikintisi və planlaşdırılması, təchizat sistemləri (hava, su, elektrik enerjisi), zibillərin təmizlənməsi, satın alınmış materialların idarə edilməsi, təmizləmə və sanitariya, zərərvericilərlə mübarizə, şəxsi gigiyena və personal üçün sanitar-texniki cihazlar, emal olunacaq məhsullar, anbara yerləşdirmə, istehlakçıların məlumatlandırılması, məhsulun qorunması, biohəssaslıq və bioterrorizm mövzularında iştirakçılara ətraflı məlumat veriləcək. Tədbir 3 gün davam edəcək, sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.




 
Bölməyə aid digər xəbərlər
19.09.2020
Uğurlarımızın əldə edilməsində neftçilərin çox böyük xidməti və zəhməti var
19.09.2020
Prezident “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib
19.09.2020
Azərbaycanda ticarət şəbəkələri telefon tətbiqləri ilə onlayn satışlara yönəlir
19.09.2020
Azərbaycanda sənaye istehsalının həcmi açıqlanıb
18.09.2020
Azərbaycan ilə İran arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
2 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
3 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
4 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
5 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info