1 milyarddan çox adam eşitmə qabiliyyətini itirə bilər
Tarix: 13.02.2019 | Saat: 14:46:00 | E-mail | Çapa göndər


Planetimizdə 12-35 yaş arasında 1 milyarddan çox insan smartfonlar və pleyerlərdən qulaqlıqla gursəsli musiqi dinləmək nəticəsində eşitmə qabiliyyətini itirə bilər. Dünya Səhiyyə Təşkilatı xəbər verir ki, bunu martın 3-də qeyd olunan Beynəlxalq Eşitmə Qabiliyyətinin Qorunması Günü ərəfəsində DST və Beynəlxalq Elektrik Rabitəsi İttifaqının hazırladığı tövsiyə xarakterli hesabatın müəllifləri bildiriblər.
DST-nin baş eksperti Şelli Çadxa deyib: “Təsəvvür edin ki, siz spidometri və sürət məhdudiyyəti olmayan maşında şütüyürsünüz. Biz təklif edirik ki, smartfonlar da bu cür “spidometrlə” təchiz olunsun. Bununla səsin səviyyəsini müəyyən etmək və limitin aşılmasını elan etmək mümkün olsun”. Tövsiyələrdə təklif olunur ki, smartfonlarda və rəqəmsal audiopleyerlərdə yerləşdiriləcək sistem səs yazılarının dinlənilməsi müddətini və səsin gurluğunu müəyyən edə bilsin. Bununla da limitin aşıldığı zaman valideynlər uşaqlarına nəzarət edə bilərlər. Həmçinin gurultu təhlükəli həddə çatdıqda dinləyici xəbərdar edilə bilər.
DST-nin rəhbəri doktor Tedrosun sözlərinə görə, eşitmə qabiliyyətinin itirilməsinin qarşısını almaq üçün çoxlu vasitənin olduğu bir şəraitdə insanların musiqi dinləyərək kar olmasını əngəlləmək mümkündür. “İnsanlar başa düşməlidir ki, itirilən eşitmə qabiliyyətini bərpa etmək mümkün deyil. Bizim yeni tövsiyələrimiz gənclərə musiqidən zövq almaqla yanaşı, sağlamlığını da qorumağa kömək edəcək”, -deyə təşkilatın başçısı vurğulayıb.
DST-nin məlumatına görə, planetimizin sakinlərinin 5 faizindən çoxunun – 466 milyon nəfərin eşitmə qabiliyyəti ilə bağlı ciddi problemləri mövcuddur. Onların əksəriyyəti orta və aşağı gəlir səviyyəsi olan ölkələrdə yaşayan yaşlı insanlardır. 2050-ci ildə isə hər on nəfərdən biri bu problemlə üzləşəcək.




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
18.09.2019
İsveçrə portalında Gəncə şəhəri haqqında məqalə yerləşdirilib
18.09.2019
“Mitinqlər inkişaf etmiş cəmiyyətlər üçün xarakterik deyil”
18.09.2019
Özbəkistan və Tacikistan silahlı qüvvələrinin iştirak etdiyi “Mərkəz-2019” birgə hərbi təlimi
18.09.2019
Rusiya sərhədçiləri 160 nəfər Şimali Koreya vətəndaşını saxlayıblar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


19.09 08:35
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info