Azərbaycandan olan Nəvai əlyazmalarının surətləri özbəklərə bağışlanıb
Tarix: 13.02.2019 | Saat: 14:50:00 | E-mail | Çapa göndər


Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində təşkil olunan beynəlxalq konfrans dahi özbək şairi Əlişir Nəvainin doğum günü münasibəti ilə hər il keçirilir və konfransda dünyanın müxtəlif ölkələrindən nəvaişünaslar iştirak edirlər. Beynəlxalq konfransda Özbəkistan alimləri ilə yanaşı, Azərbaycan, Türkiyə, Böyük Britaniya, Rusiya, Fransa, Əfqanıstan, Hindistan, Qazaxıstan, Tacikistan və digər ölkələrdən gələn nəvaişünas alimlər iştirak edib.
Azərbaycanı bu konfransda ölkəmizin Özbəkistandakı səfirliyinin birinci katibi, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər təmsil ediblər.
Konfransı Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şöhrət Siracəddinov açaraq böyük özbək şairi Əlişir Nəvainin həyat və yaradıcılığı haqqında məlumat verib.
O, özbək dili və ədəbiyyatında Əlişir Nəvai yaradıcılığı haqqında danışaraq, dünyada Əlişir Nəvai irsinin təbliği ilə bağlı görülən işlərdən danışıb.
Tədbirdə Böyük Britaniyanın, Türkiyənin Özbəkistandakı səfirləri çıxış edərək Əlişir Nəvai şəxsiyyəti, onun Özbək ədəbiyyatında rolu, dünyada mövcud irsi barədə danışaraq, Nəvainin yaratdığı əsərlərin bəşəriyyət ədəbi xəzinəsini zənginləşdirdiyini qeyd ediblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək, konfransın Azərbaycan tərəfi üçün də əlamətdar və maraqlı olduğunu qeyd edib. Azərbaycan və özbək ədəbi əlaqələrinin tarixindən danışan diplomat, vurğulayıb ki, Əlişir Nəvai ədəbi əlaqələrimizin zirvəsində duran şəxsiyyətlərdən biridir. O Əlişir Nəvai türk ədəbi dilinin yaradıcısı, o dövrdə ədəbi intibahın əsas sütunu, xalqın ehtiramını qazanan dövlət xadimi, filosof olduğunu söyləyib.
Qeyd edək ki, konfrans çərçivəsində Türkiyənin, Böyük Britaniyanın Özbəkistandakı səfirləri Əlişir Nəvainin Türkiyənin Süleymaniyə Kitabxanasında, Britaniyanın Muzey Kitabxanasında saxlanılan əlyazmalarının surətlərini Özbəkistandakı Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinə təqdim ediblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan Nəvainin bir sıra əlyazmasının faksmilini rektor Şöhrət Siracəddinova hədiyyə olaraq təqdim edib.
Qeyd edək ki, əlyazmaların surətlərinin qarşılıqlı əsaslarla mübadiləsinə dair ötən ilin dekabr ayında tərəflər arasında xüsusi Memorandum imzalanıb.
Konfransda şairin yaradıcılığı, dövlət xadimi kimi fəaliyyəti ilə bağlı 30-dan artıq məruzə dinlənilib. Konfrans çərçivəsində Ramiz Əskərin “Azərbaycanda özbək ədəbiyyatının tədrisi və Nəvai” mövzusunda məruzəsi dinlənilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Bakıda “Qız qalası. Qadın olmaq” adlı sərgi açılıb
18.09.2019
Təbrizdə ustad Şəhriyarın xatirəsi anılıb
18.09.2019
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019
Xalqının taleyini yaşayan dahi
18.09.2019
“Beryozka” ansamblı Bakıda konsert verəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


19.09 08:35
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info