Qətər və Livanın KİV əməkdaşları Qusarın görməli yerləri ilə tanış olublar
Tarix: 13.02.2019 | Saat: 15:17:00 | E-mail | Çapa göndər


İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının dəstəyi ilə Azərbaycana gələn Qətər və Livanın bir sıra KİV əməkdaşları fevralın 13-də Qusar rayonunda olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İƏT Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasovun, Qətərin “Qalf Tayms”, “Al-Arab”, “Lusail”, “Al-Raya”, “Peninsula”, “Al-Şarq”, həmçinin Livanın “Cümhuriyyə”, “Media Deyli Star” və “Cedarnyus” qəzetlərinin nümayəndələrinn Qusara səfəri şəhərin girəcəyində, ən yüksək yerdə inşa olunan Dövlət Bayrağı Meydanından başlayıb. Burada dəniz səviyyəsindən 689 metr yüksəklikdə yerləşən meydanda 65 metr hündürlükdə üçrəngli Azərbaycan bayrağı dalğalanır. Qonaqlar yüksəklikdən Qusar şəhərinin panoramını seyr edib, xatirə şəkli çəkdiriblər. Qətər və Livanın KİV əməkdaşları Qusar şəhərindəki Heydər Əliyev Mərkəzi və rəsm qalereyası ilə tanış olublar. Rayon icra hakimiyyətində keçirilən görüşdə Qusarın son dövrlərdə keçdiyi inkişaf yolundan danışılıb. Rayon icra hakimiyyətinin başçısı Şair Alxasov Qusarın tarixi, turizm imkanları, burada yaşayan azsaylı xalqlar, rayondakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verib.
Qonaqlar Qusar Mədəniyyət Sarayında azsaylı xalqların folkloru əsasında hazırlanmış proqramı izləyiblər. Daha sonra xarici jurnalistlər Qusarda yerləşən “Şahdağ” Turizm Mərkəzində də olublar. Onlara buradakı otellər, turistlərə göstərilən xidmətlərin növləri və qiymətləri barədə ətraflı məlumat verilib. KİV əməkdaşlarının diqqətinə çatdırılıb ki, “Şahdağ” Turizm Mərkəzi 2012-ci ildə istifadəyə verilib. Mərkəz Azərbaycanda, eləcə də Qafqaz regionunda ən böyük dağ-xizək kurortudur. Turizm mərkəzi qış həm də yay mövsümündə turistləri qəbul edir. Hazırda “Şahdağ” Turizm Mərkəzinin regional və daha irimiqyaslı təbliğatının aparılması, tanıdılması və buraya xarici turistlərin cəlb olunması məqsədilə bir sıra beynəlxalq turizm şirkətləri ilə işgüzar əlaqələr qurulur. Bunun nəticəsidir ki, hər il bu məkana xarici ölkələrdən on minlərlə turist gəlir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Tapa” qasırğası Koreya Respublikasında insan tələfatına səbəb olub
22.09.2019
Bu gün İranda Müqəddəs Müdafiə Həftəsi başlayıb
22.09.2019
Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib
22.09.2019
Erməni qadınların ağuşundakı avropalı deputatlar
22.09.2019
Fuad Qəhrəmanlının timsalında Əli Kərimli daha bir dəfə ifşa olundu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info