Sahib Ələkbərov: Vergi Məcəlləsinə dəyişikilklərdə məqsəd sahibkarlığın dəstəklənməsidir
Tarix: 13.02.2019 | Saat: 15:20:00 | E-mail | Çapa göndər


Bu il yanvarın 1-dən qüvvəyə minən vergi qanunvericiliyinə dəyişikliklərin bir çoxu sahibkarlığın dəstəklənməsinə, vergi uçotunun şəffaflaşdırılmasına və “kölgə iqtisadiyyatı”nın aradan qaldırılmasına yönəldilib. Bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. Nazir müavini vurğulayıb ki, hazırda Azərbaycanda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə müxtəlif sahələrdə vergi güzəştləri tətbiq olunur: “1999-cu ildən fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddır. Bu, çox böyük güzəştdir və belə güzəştlərə dünyada nadir hallarda rast gəlinir. Həmin güzəştlərin müddəti bu ildən daha 5 il uzadılıb. Bəzən vergiödəyiciləri bunu hesabatlılığın pozulması kimi də başa düşürlər, bəyannamələri vaxtlı-vaxtında vermirlər, rəqəmləri düzgün göstərmirlər. Bu isə vergi uçotunun pozulmasına gətirib çıxarır. Nəticə etibarilə vergidən yayınma halları təkcə kənd təsərrüfatı sahəsini deyil, tədarükçü, ixracatçı və digərlərini də əhatə edir. Bunların qarşısını almaq üçün ilk növbədə, şəffaf və dürüst vergi uçotu qurulmalıdır. Biz bu istiqamətdə digər dövlət orqanları ilə birgə ciddi işlər aparırıq”. S.Ələkbərov ələvə edib ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər hər şeydən əvvəl sahibkarlar üçün daha rahat biznes və vergi mühitinin formalaşdırılmasına yönəldilib: “Belə ki, məcəlləyə dəyişikliklərdə əsas məqsəd sahibkarlığın dəstəklənməsi, eləcə də “kölgə iqtisadiyyatı”nın azaldılmasıdır. Eyni zamanda, vergi inzibatçılığının sadələşdirilməsi, təkmilləşdirilməsi və digər məsələlər də başlıca istiqamətlərdən biridir”.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Şahin Mustafayev: Hazırda Azərbaycanda 3 mindən çox türk şirkəti fəaliyyət göstərir
16.09.2019
KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görüldü
16.09.2019
“Əsrin müqaviləsi” Azərbaycanın maraqlarına tamamilə cavab verirdi
16.09.2019
“Azərbaycanla qardaşlıq əlaqələri daha yüksək səviyyəyə qaldırılmalıdır”
16.09.2019
Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Estoniyada uğur qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info