ABŞ Dövlət Departamenti: Biz Ermənistanın bu missiyada iştirakını dəstəkləmirik
Tarix: 13.02.2019 | Saat: 15:30:00 | E-mail | Çapa göndər


Dövlət Departamentinin bəyanatında bildirilir ki, Yerevanın “Əsəd rejiminə” yardım missiyasında iştirakı qəbuledilməzdir

Suriyada humanitar missiya yerinə yetirəcəyini və bu ölkədə hərbi əməliyyatlarda da iştirak edəcəyi ehtimalının olduğunu bəyan edən işğalçı Ermənistan bu dəfə də Vaşinqtonun qəzəbinə tuş gəlib. Ermənistanın Suriyaya həkim və sapyorlardan ibarət qrup göndərməsi ABŞ hakimiyyətinin sərt etirazına səbəb olub. Birləşmiş Ştatlar Dövlət Departamentinin bununla bağlı yayılmış bəyanatında bildirilir ki, Yerevanın “Əsəd rejiminə” yardım missiyasında iştirakı qəbuledilməzdir. Vaşinqtonun rəsmi bəyanatında deyilir: “Dövlət Departamenti üçüncü dövlətlərin Suriyada yaranmış humanitar vəziyyətə həssaslığını anlayır. Lakin ABŞ bu məsələdə də Suriya Silahlı Qüvvələri ilə hər hansı əməkdaşlıq etmək istəmir. Biz, həmçinin Ermənistanın ... da bu missiyada iştirakını dəstəkləmirik”. Xatırladaq ki, bu günlərdə Ermənistanın müdafiə naziri D.Tonoyan öz bəyanatında erməni hərbçilərinin Suriyada hərbi əməliyyatlarda iştirak edəcəyi ehtimalını da istisna etməyib. Bəyanatın ciddi fəsadlar doğuracağını anlayan baş nazir N.Paşinyan isə onun bu sözlərinin təkzib edib və “jurnalistlərin sualı düzgün vermədiyini və cavabın da başqa kontekstdə olduğunu” iddia edib.




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Ermənilər və onların havadarları sosial şəbəkələrdə yalan məlumatlar yayır
26.09.2020
Ukraynada hərbi təyyarə qəzaya uğrayıb, 22 nəfər ölüb -VİDEO
26.09.2020
Paşinyana Azərbaycanla müharibə niyə lazımdır? - Rusiyalı ekspertin şərhi
25.09.2020
Ermənistanda kənd sakinləri “Qazprom“un əməkdaşlarına hücum edib
24.09.2020
Putinin Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info