Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
Tarix: 13.02.2019 | Saat: 15:20:00 | E-mail | Çapa göndər


Dövlət tərəfindən internet mediaya da maliyyə yardımının ayrılması bu sahənin gələcək inkişafına təkan verəcək

Son günlər ölkəmizdə ənənəvi və yeni medianın fəaliyəti ilə bağlı ciddi müzakirələr gedir, müxtəlif fikirlər səslənir. Çap mediasının yeni bir mərhələyə çıxmasının vacibliyi vurğulanır, eyni zamanda yeni mediaya (internet və ya onlayn media) onun fəaliyyətinin daha effektiv olması, daha yüksək səviyyəyə çatdırılması üçün dövlət tərəfindən maliyyə yardımının ayrılması məsələsi qeyd olunur.
1875-ci il iyulun 22-də Azərbaycanda milli mətbuatın bünövrəsini qoyan “Əkinçi” qəzeti təsis olunandan sonra cəmiyyətin maariflənməsində mühüm bir mərhələ başlanıb. Sonrakı dönəmlərdə milli mətbuatın inkişafına mühüm töhfələr verən “Bakinski Listok”, “Bakinskiye İzvestiya”, “Kaspi”, “Kəşkül”, “Şərqi Rus”, Azərbaycan Xalq Cumhuriyyəti dövründə isə “Azərbaycan” qəzeti ilə bu maarifçilik dalğası davam etdirilib.
XX-ci əsrdə yenidən müstəqillik əldə edən, yeni inkişaf səviyyəsinə qədəm qoyan Azərbaycan Respublikasında mətbuatın inkişafı dövlətin bilavasitə dəstəyi ilə yeni mərhələyə qədəm qoyub,çoxsaylı qəzet və jurnallar çap olunub. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonunun yaradılması ənənəvi medianın inkişafına yeni nəfəs verib. Fond tərəfindən bütün bu müddət ərzində onlarla qəzetə maddi yardım ayrılıb, redaksiyaların inkişafı üçün imkanlar açılıb və bu proses davam edir. Hazırda dövlət tərəfindən internet mediaya da maliyyə yardımının ayrılması məsələsi müzakirə olunur ki, fikirimizcə, indiki şəraitdə bu vacib istiqamətdir və belə bir dəstəyin internet medianın da gələcək inkişafında müstəsna rolu olacaq.

Sosial şəbəkələrin artıq qlobal səviyyədə yayılması çap mediasına istər-istəməz öz təsirini göstərir, bütün dünya üzrə medianın ənənəvi platformadan yeni onlayn platformaya transformasiyası prosesi gedir

Hazırda dünyada informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı, internetin həyatımızın ayrılmaz bir hissəsinə çevrilməsi, sosial şəbəkələrin (hətta ayrı-ayrı dövlətlərə aid olan müxtəlif sosial şəbəkələr) artıq qlobal səviyyədə yayılması çap mediasına istər-istəməz öz təsirini göstərir, bütün dünya üzrə medianın ənənəvi platformadan yeni onlayn platformaya transformasiyası prosesi gedir.Demək olar ki, inkişaf səviyyəsindən asılı olmayaraq bütün dövlətlərdə biz bir sıra media orqanlarının tirajlarının azalması, hətta bağlanması kimi xəbərləri oxuyur, yeni-yeni internet qəzetlərin yarandığını müşahidə edirik.

Maraqlı kontent oxucunu cəlb edə bilər

Yeni texnologiyaların sərhədsiz şəkildə genişlənməsi prosesində sözsüz ki,məhz qəzetlər ən çox ziyan çəkən tərəf olur, çünki hər gün genişlənən və hər an yenilənən, yerli və xarici mediadan olan məlumatların əks olunduğuinternet media ilə rəqabət aparmaq həm operativlik, həm bütün resursların zamanında səfərbər olması və məlumatın oxucuya çatdırılmasıbaxımından çox çətindir.Bəs belə şəraitdə qəzetlər nə etməlidir? Sözsüz ki, belə olan halda qəzetlər öz oxucu kütləsini saxlamaq üçün internet mediada oxucunun tapa bilməyəcəyi eksklüziv informasiyalar verməli, maraqli kontent təqdim etməlidir.Yəni oxucu gün ərzində internet mediada olan məlumatı növbəti gün qəzetdə də görməməlidir. Məhz maraqlı kontent hazırda oxucunu özündə saxlaya, qəzetlərin öz auditoriyasını genişləndirməyə kömək edə, eləcə də qəzet satışlarının artmasına şərait yarada bilər.

Biznes subyektlərinin media ilə sıx əməkdaşlığı vacibdir

Eyni zamanda istər qəzetlərin, istərsə də internet medianın ayaqda qala bilməsi üçün təkcə dövlət tərəfindən davamlı olaraq maddi dəstəyin verilməsi kifayət deyildir. Burada əsas məqamlardan biri də özəl sektorun media ilə əməkdaşlıq etməsi və tərkibində reklam olan kontenti ödənişli əsaslarla mediada çap etdirməsidir.
Hazırda dünyanın aparıcı media orqanları (istər çap mediası, istərsə də internet media) da biznes subyektləri ilə əməkdaşlıq və informasiyaların ödənişli əsaslarla yerləşdirilməsi şəraitində çalışırlar. Azad bazar iqtisadiyyatı şəraitində son istehlakçıya təqdim olunan məhsulun tanıtımı cəmiyyətdə rəy yaradan, onu istiqamətləndirən media ilə əməkdaşlıqdan keçir. Bu mənada Azərbaycanda da biznes subyektləri istər çap mediası, istərsə də internet media ilə sıx əməkdaşlıq etməli, öz biznesləri barədə cəmiyyətdə pozitiv rəy yaratmağa kömək edən media ilə sıx işləməlidirlər.
Eyni zamanda yaddan çıxarmayaq ki, media istər çap, istərsə də onlayn formada təkcə informasiya, əyləncə, reklam və pozitiv imic yaradan alət demək deyildir. Bu həm də təhsil, maarifçilik, cəmiyyətin və dövlətin ən müxtəlif qurumlarının biri biri ilə ünsiyyəti, ən əsası isə dövlət vətəndaş arasında olan əlaqələrin bir hissəsidir. Bu mənada, güclü və dayanıqlı medianın olması həm dövlətin, həm də cəmiyyətin marağındadır.
Çap mediası - qəzetlərə gəldikdə isə qeyd etmək lazımdır ki, hazırda hər birimiz milli sərvətimiz olan və böyük maarifçi Həsən Bəy Zərdabi tərəfindən əsası qoyulan milli mətbuatımızın inkişafına, ayaqda qalmasına bacardığımız qədər dəstək olmalı, internet medianı gündəlik həyatımızın bir hissəsinə çevridiyimiz kimi qəzetlərin gündəlik həyatımızın ayrılmaz bir parçası olmasına şərait yaratmalıyıq.

Əlimərdan Sultanov




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Əsrin müqaviləsi” Azərbaycan üçün ən vacib strateji layihələrdən biridir
21.09.2019
Torpağını döyüş meydanına çevirmək istəyən buyursun
21.09.2019
Azərbaycan bu gün xarici ölkələrə milyardlarla sərmayələr yatırır, bununla da əlavə gəlir mənbələri yaradır
20.09.2019
“Bunu belə zənn edənlərin qarşısında Türkiyə və Şimali Kıbrıs Türk Cümhuriyyəti olacaq“
20.09.2019
“Təhlükəsiz bölgə yaradılması barədə ləngimə olsa, ABŞ ilə fəaliyyətlərə son qoyular“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info