“ASAN xidmət”ə 27 milyonuncu müraciət qeydə alınıb
Tarix: 13.02.2019 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


"ASAN xidmət”ə 27 milyonuncu müraciət qeydə alınıb. Bu müraciət 1 saylı Bakı "ASAN Kommunal" mərkəzinə Fərman Hacıyev tərəfindən edilib. O, "Azəriqaz" İstehsalat Birliyi, "Azərişıq" və "Azərsu" Açıq Səhmdar cəmiyyətləri tərəfindən həyata keçirilən xidmətlərdən yararlanıb. İyirmi yeddi milyonuncu müraciətin sahibi kimi Fərman Hacıyev təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib ki, vətəndaşların məmnunluq səviyyəsinin öyrənilməsi ilə bağlı araşdırmalar aparılır. O, müraciətlərin çoxluğuna görə paytaxtda daha bir “ASAN Kommunal”ın açılmasının nəzərdə tutulduğunu qeyd edib: “Bakıda əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 "ASAN Kommunal" mərkəzi fəaliyyətdədir. Həmçinin 3 saylı “ASAN Kommunal” mərkəzi fəaliyyətə başlayacaq. Hazırda ölkəmizdə 15 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakıda, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bu il daha 5 mərkəzin açılması planlaşdırılır. Belə ki, Tovuz, Balakən, Şamaxı, Ağcabədi və Kürdəmirdə “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayacaq. Ümumilikdə, ölkə üzrə mərkəzlərin sayı 20-yə çatacaq. Bundan başqa, rayonlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir”. İyirmi yeddi milyonuncu müraciətin sahibi göstərilən xidmətlərdən məmnunluğunu ifadə edib və təşəkkürünü bildirib.




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
Türkiyə İran ilə ticarət həcmini artırır
19.09.2019
Azərbaycan neftinin qiyməti dəyişdi
18.09.2019
Azərbaycan məhsulları beynəlxalq sərgidə təqdim olunur
18.09.2019
Goranboy və Tərtərdə inkubator məntəqələri istifadəyə verilib
18.09.2019
İqtisadiyyat nazirinin Şirvanda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info