“İşğal edilmiş ərazilərdə yaradılmış qondarma rejimin “nümayəndəsi“ danışıqlar prosesinə xələl gətirir”
Tarix: 13.02.2019 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


“Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin "nümayəndəsi" Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə ölkəmizin nümayiş etdirdiyi konstruktiv mövqeyə baxmayaraq, səsləndirdiyi növbəti fikirləri ilə aparılan vasitəçilik səyləri və danışıqlar prosesinə xələl gətirir”. Bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev deyib. Özünü Dağlıq Qarabağda yaradılan qanunsuz rejimin qondarma "xarici işlər naziri" kimi təqdim edən Masis Mailyanın fikirlərini şərh edən icma rəhbəri vurğulayıb ki, Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan qanunsuz rejimin Dağlıq Qarabağın azərbaycanlı icmasının öz əzəli torpaqlarına geri dönüşünə mane olması, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasının əsarət altında saxlanılması müstəvisində hansı sülhdən danışmaq olar: "Masis Mailyana xatırlatmaq lazımdır ki, Ermənistandan fərqli olaraq Azərbaycan, müxtəlif etnik nümayəndələrin daim sülh, birgə və mehriban qonşuluq şəraitində yaşadığı yer olmuşdur. Erməni təcavüzündən əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni və azərbaycanlı icmaların birgə mövcudluğu bunun bariz nümunəsidir. Lakin nədənsə iki icmanın sülh şəraitində mövcudluğu Masis Mailyan kimilərinin xoşuna gəlmədi. Azərbaycana qarşı aparılan hərbi təcavüz, erməni millətçiləri tərəfindən təşviq edilən etnik nifrət siyasəti yüzminlərlə azərbaycanlının öz torpaqlarından qovulması və öldürülməsi ilə nəticələndi. Britaniyalı journalist Tomas de Vaalın "Qarabağ" kitabında Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan tərəfindən Xocalı soyqırımı ilə bağlı səsləndirdiyi fikir heç kəsin yadından çıxmayıb: "Xocalı hadisələrinə qədər azərbaycanlılar düşünürdülər ki, biz mülki əhaliyə əl qaldırmarıq. Biz bu stereotipi aradan qaldıra bildik". Təkcə bu faktı qeyd etməklə etnik nifrət və düşmənçilik hisslərinin haradan qaynaqlandığını müəyyən etmək elə də çətin deyil. Qanunsuz rejimin indiyə qədər nümayiş etdirdiyi qeyri-konstruktiv mövqedən geri cəkilməyin, etnik nifrət və düşmənçilik hisslərinə son qoymağın vaxtı çoxdan yetişib. Yaxşı olardı ki, Masis Mailyan və ətrafındakılar qarşı tərəfi ittiham etmək əvəzinə, itirilmiş imkanların geri qaytarılması barədə düşünsünlər və münaqişənin tənzimlənməsinə xələl gətirən bəyanat və şərhlərdən çəkinsinlər. Münaqişə tərəfləri arasında inamın yaradılması məsələsinə gəldikdə isə, biz Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasına ünvanladığımız çoxsaylı müraciətlərimizdə dəfələrlə icmalararası konstruktiv dialoqun aparılması və təmasların qurulması çağırışlarını etmişik. İcmalararası dialoq xalqların gələcək sülhə hazırlanması müstəvisində müsbət töhvə vevə bilər. Lakin Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin "nümayəndələri"nin bizim çağırışlarımıza cavab vermədən öz təxəyyüllərinin məhsulu olan "abstrakt" sülhdən danışmaları və torpaqlarımıza əsassız yerə iddia etmələri anlaşılmır. Məhz konstruktiv dialoq vasitəsilə müsbət atmosferin yaradılması, habelə hər iki icma üzvlərinin Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində yenidən sülh şəraitində birgə yaşayışı üçün zəmin hazırlana bilər. Münaqişənin həlli istiqamətində irəliləyişə nail olmaq üçün vaxt çoxdan yetişib. Bölgənin sülh və sabitliyi, gələcək dayanıqlı inkişaf yalnız bu yoldan keçir".

Anar




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Əli Kərimli indi də Müsavatı idarə etməyə hazırlaşır?
18.09.2019
İki qardaş ölkənin dövlət bayraqları Təkaltı dağının zirvəsində
17.09.2019
AİDA ilə Pontifik Şərq İnstitutu Anlaşma Memorandumu imzalayıb
17.09.2019
Gültəkin Hacıbəylinin 2 maşınına və mənzilinə həbs qoyuldu
17.09.2019
Aslan İsmayılov və oğlu erməni casusun “qolları arasında“ - DTX-nı hərəkətə keçirəcək şok FOTOLAR

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


19.09 08:35
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info