Əhalinin tibbi müayinəsinə başlanılıb
Tarix: 13.02.2019 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


Azərbaycanda əhalinin tibbi müayinəsinə başlanılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əhali arasında keçirilən profilaktik tibbi müayinələr patoloji halların, müxtəlif xəstəliklərin risk faktorlarının erkən aşkarlanması məqsədi daşıyır.
Qusar rayon mərkəzi xəstəxanasının əvvəlcədən apardığı ciddi hazırlıq işləri hər kəsin qrafik üzrə hərtərəfli tibbi müayinə olunmasını təmin edir. Mayın 12-sinə kimi rayon üzrə 98 min rayon sakini müayinədən keçməlidir. Hazırda gün ərzində orta hesabla 450-500 nəfər rayon sakini müayinəyə cəlb edilir. Sakinlər tibbi müayinələrdən yararlanmaq üçün rayon mərkəzi xəstəxanasının konsultativ poliklinika şöbəsində müvafiq qaydada qeydiyyatdan keçir və yüksəkixtisaslı, təcrübəli həkim mütəxəssislərin qəbulunda olurlar. Burada onlar terapevt, kardioloq, nevropatoloq, stomatoloq və digər tibb işçiləri tərəfindən hərtərəfli müayinə və müalicə olunurlar.
Tibbi müayinələr zamanı həkimlər tərəfindən profilaktik baxış keçirilir, sağlamlığa dair məlumatlar və xəstəliklərə səbəb olan risk faktorları ilə bağlı tövsiyələr verilir. Xəstəliklər aşkar olunduğu halda pasiyentlər yerlərdə, zərurət yarandığı halda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunacaqlar. Rayon sakinləri tərtib olunan qrafikə uyğun olaraq mərkəzi rayon xəstəxanası ilə yanaşı kənd sahə xəstəxanalarında da müayinə olunurlar. Yüksək ixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları tərəfindən keçirilən tibbi aksiyada kənd və qəsəbələrin əhalisi çox fəallıqla iştirak edir.
Ölkəmizdə tibb müəssisələrinin ən son elmi-texniki yeniliklərə əsaslanan avadanlıqla təchiz olunması, ilk növbədə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltməyə xidmət edir. Bu, həm də dövlətimizin səhiyyə sahəsinin müasirləşdirilməsi istiqamətində gördüyü işlərin tərkib hissəsidir. İndi Azərbaycanın bütün regionlarında mürəkkəb cərrahiyyə əməliyyatları aparılır, istənilən xəstəliyin müalicəsi mümkündür. Bu humanist kampaniyanın genefondumuzun qorunmasına, eləcə də ölkə vətəndaşlarının sağlamlığına, uzunömürlülüyünə müsbət təsir təsiri danılmazdır.
Qeyd edək ki, ötən il Qusarda aksiya çərçivəsində rayon əhalisinin 58-mini tibbi müayinəyə cəlb olunub. Müayinəyə gələn 14 min nəfərə ambulator müalicə təyin olunub, 660 nəfər rayon xəstəxanasında stasionar müalicəyə yerləşdirilib, 124-nəfər isə müayinə və müalicə üçün paytaxt xəstəxanalarına göndəriliblər.




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Sudanda “Türk kəndləri“ salınacaq
17.09.2019
Vilayət Eyvazovdan yeni təyinat
17.09.2019
Mədəniyyət xadimlərinə fəxri adlar verilib
17.09.2019
Yeni Azərbaycan Partiyası tərəfindən keçirilən müsabiqənin qalibləri ilə görüş olub
17.09.2019
Sabah hava isinəcək - 32 dərəcə

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info